09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Hillari Klinton Vladimir Putini gülüş hədəfinə çevirib
Tarix: 27-09-2023 13:51 | Bölmə: Slayd
Hillari Klinton Vladimir Putini gülüş hədəfinə çevirib

ABŞ-ın keçmiş dövlət katibi və ABŞ prezidentliyinə namizəd Donald Trampın rəqibi Hillari Klinton istehza ilə deyib ki, NATO-nun genişlənməsinə səbəb Rusiya prezidenti Vladimir Putinin hərəkətləridir.

Reyting.az
xəbər verir ki, xanım Klinton bunu Dövlət Departamentində rəsmi portretinin təqdimatı tədbirində çıxışı zamanı bildirib.

“Ukraynada demokratiyanı müdafiə etmək, NATO-nu genişləndirmək - bu ayıbdır, Vladimir, bunun üçün sən özün günahkarsan”, - deyən Klintonun bu sözləri gülüş və alqışlara səbəb olub.

Klinton daha sonra əlavə edib: “Biz həmişə deyirik ki, insanlar (oxu: ölkələr) NATO-ya qoşulmağa məcbur edilmir, insanlar NATO-ya üzv olmaq istəyirlər və seçirlər”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun başlaması Skandinaviya ölkələrini NATO-ya üzv olmağa sövq edib. 2022-ci ilin mayında İsveç və Finlandiya Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət ediblər. 2023-cü ilin aprelində Finlandiya NATO-nun 31-ci üzvü olub. Daha sonra Finlandiya Xarici İşlər Nazirliyinin sözçüsü Mikael Antella bildirib ki, Finlandiya öz ərazisində Amerika hərbi bazasının yerləşdirilməsi ilə bağlı ABŞ-la ikitərəfli danışıqlar aparır. İsveçin üzvlük ərizəsi isə Türkiyə və Macarıstan istisna olmaqla, bloka daxil olan bütün ölkələr tərəfindən ratifikasiya olunub.

Y. QACAR




Bölməyə aid digər xəbərlər