09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Qarabağı tərk edən ermənilərin sayı 65 min nəfəri ötüb
Tarix: 28-09-2023 10:06 | Bölmə: Slayd
Qarabağı tərk edən ermənilərin sayı 65 min nəfəri ötüb

Sentyabrın 28-i səhər saat 8-ə olan məlumata görə, Qarabağdan Ermənistana 65 036 erməni köçüb. Reyting.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan “Facebook” səhifəsində bildirib.

Erməni KİV-ləri bildirir ki, Ermənistan hakimiyyətinin Qarabağdan gələnlərin qəbulu proqramının mövcudluğuna dair təminatlarına baxmayaraq, 65 min insandan yalnız kiçik bir hissəsi mənzillə təmin olunub. Gorusa gələnlərin çoxu (qəbul məntəqəsi burada yerləşir) maşınlarda gecələməyə məcbur olurlar.

ELÇİN




Bölməyə aid digər xəbərlər