09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Moskvaya kütləvi PUA hücumu olub - (Yenilənib)
Tarix: 26-11-2023 09:35 | Bölmə: Slayd
Moskvaya kütləvi PUA hücumu olub - (Yenilənib)

Noyabrın 26-na keçən gecə Moskva şəhərinə pilotsuz təyyarələrin kütləvi hücumu olub.

Reyting.az
-ın Rusiya KİV-lərinə istinadla verdiyi məlumata görə, Moskva meri Sergey Sobyanin Telegram kanalında bildirib ki, hava hücumundan müdafiə sistemləri Naro-Fominsk və Odintsovo şəhər rayonuna pilotsuz təyyarələrin kütləvi hücumunun qarşısını alıb.

S. Sobyanin yazıb ki, Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya doğru uçan PUA-nı vurub. Eyni zamanda Bryansk, Tula və Kaluqa vilayətlərində PUA-lar vaxtında aşkarlanaraq məhv edilib.

Mer tələfat və ya ciddi dağıntı olmadığını bildirib.

Qeyd edək ki, kütləvi PUA hücumu səbəbindən Moskvadakı hava limanlarının fəaliyyətində fasilə yaranmışdı. Artıq “Vnukovo” və “Domodedovo” hava limanlarının fəaliyyəti bərpa edilib.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan paytaxt Moskva da daxil olmaqla Rusiyanın müxtəlif şəhərləri PUA-ların hücumuna məruz qalır.

***

Rusiya Müdafiə Nazirliyi ölkə ərazisinə pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumu ilə bağlı məlumat yayıb.

Reyting.az
-ın xəbərinə görə, nazirlik bildirir ki, noyabrın 26-na keçən gecə və səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinə məxsus 20 PUA Rusiya ərazisi üzərində hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər