Azərbaycanda sabitliyi pozmaq istəyirlər
Tarix: 27-11-2023 08:21 | Bölmə: Slayd
Azərbaycanda sabitliyi pozmaq istəyirlər

Noyabrın 27-də Bakıdakı məşhur otellərdən birində ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikada təhsil almış bir qrup azərbaycanlı məzunla görüş keçirəcək. Bu görüş Azərbaycanda birmənalı qarşılanmır. Hətta bəzi yerli KİV-lər və politoloqlar iddia edirlər ki, bu görüş gələcək təhlükələrdən xəbər verir.

Reyting.az
-ın xəbərinə görə, bu zaman son günlər Azərbaycanla ABŞ arasındakı siyasi gərginliyə də diqqət çəkilir və belə bir vaxtda bu görüşün təşkilinə şübhə ilə yanaşılır.

İddia olunur ki, ABŞ səfirliyinin azərbaycanlı məzunlarla görüşü gənclərin beyninin yuyulması, onlarda no vorçuluq dünyagörüşünün formalaşdırılması, onları Qərbin şəbəkəsinə cəlb etmək və dövlətə qarşı qoymaq planının tərkib hissəsidir.

Azərbaycanda rəngli inliqab ssenarisi var?

Professor Cümşüd Nuriyev Reyting.az-a deyib ki, ABŞ səfirliyinin belə gərgin bir vaxtda görüşlər təşkil etməsi təhlükəlidir.

Onun sözlərinə görə, ABŞ səfirliyinin Bakıda təşkil etdiyi tədbir şəbəkələşməyə cəhddir.

ABŞ və Qərb ölkələrində təhsil almış çaxsaylı vətəndaşlarımızın olduğuna diqqət çəkən C. Nuriyev qeyd edib ki, həmin şəxslər həm də müxtəlif vəzifələrdə çoxluq təşkil edirlər: “Əlbəttə, ABŞ həmin şəxslərin bəzilərindən tələb edə bilər ki, onun maraqlarını qorusun, təbliğatını aparsınlar. Hətta ABŞ Azərbaycanda rəngli inliqab ssenarisi haqqında da düşünə bilər”.

ABŞ və Avropanın Azərbaycandakı 5-ci kolonu güclənir


Professor bildirib ki, ABŞ səfirliyinin Azərbaycanda tanıdığı şəxsləri bir araya gətirməsi, fəallaşdırmaq istəyi dövlətimizə qarşıdır, Azərbaycanın daxili işlərinə qarışmaqdır: “Son illər ABŞ və Avropa İttifaqı ölkələrinin Azərbaycandakı 5-ci kolonu Rusiyanın eyni kolonunu sürətlə sıxışdıraraq güclənib. Amma bizim hər bir vətəndaşımız üçün vacib olanı Azərbaycan dövlətini qorumaqdır”.

C. Nuriyev deyib ki, ABŞ başda olmaqla Qərb ölkələri Azərbaycanda pozuculuq fəaliyyəti ilə məşğul olur: “Artıq “Abzas media” adlı qurumun iki nümayəndəsi saxlanılıb. İndi məlum olur ki, onlar 113 min avro və 200 min dollar vəsait alıblar. Həm də təkcə bu iki şəxs deyil, təxminən on jurnalistin adı belə məsələlərdə hallanır”.

ABŞ-ın mövqeyinə seyriçi qalmaq olmaz

C. Nuriyevin fikrincə, bir müddət dövlətin başı Qarabağ məsələsinə qarışdığı üçün bəzi şəxslər yaranmış vəziyyətdən sui-istifadə etməyə cəhd göstərib. Amma indi ortaya çıxır ki, Azərbaycanın xüsusi xidmət orqanları onları tam nəzarətdə saxlaya bilib.

ABŞ-ın müxtəlif layihələr hazırlamasına və onların vasitəsilə ölkələrdə öz maraqlarını təmin etməyə çalışmasına diqqət çəkən C. Nuriyev hesab edir ki, Azərbaycanda İctimai Şura yaradılmalı, ora təcrübəli siyasətçilər cəlb edilməlidir:

“İctimai Şura həm təhlillər aparmalı, həm də tənqidi mövqe sərgilənməlidir. “ABŞ-ı tənqid etməməliyik”, - kimi yanaşmadan çəkinmək lazımdır. Əgər ABŞ Vyana Konvensiyası, dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması haqda beynəlxalq qanunları pozursa, deməli, dövlətimizə sataşır. Azərbaycan dövlətinə sataşmaq isə hər bir vətəndaşa sataşmaq deməkdir. Bu halda necə sakit və susqun dayanmaq mümkündür?”

C. Nuriyev qeyd edib ki, Azərbaycan 44 günlük müharibədə üç min şəhid verib, ərazilərini işğalçılardan təmizləyib: “Biz qəhrəman və qalib xalqıq. Heç kim bizim dövlətə sataşmamalıdır, çünki hamımızı buna qarşı görəcəklər. Prezident İlham Əliyev müstəqil siyasət aparırsa, milli maraqlarımızı əsas götürürsə, ABŞ-ın və digərlərinin sözünə baxmırsa, buna görə ona təzyiq etmək lazımdır? Onlar təzyiq edirlərsə, biz də prezidenti dəstəkləyirik”.

Professor sonda əlavə edib ki, Azərbaycanda bəzi problemlər var və hökumətin bəzi fəaliyyətindən narazıdır. Amma bu narazılıqlara baxmayaraq vətəni satmaq olmaz.

E. KAMAL




Bölməyə aid digər xəbərlər