Təhsil idarəsinin müdiri istefa verib
Tarix: 28-11-2023 10:23 | Bölmə: Slayd
Təhsil idarəsinin müdiri istefa verib

Rüfət Hacıyev Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsindən istefa verib.

Reyting.az
-ın xəbərinə görə, R. Hacıyev bu barədə “Facebook” hesabında paylaşım edib.

O, Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi islahatları dəstəklədiyini, bundan sonra da fərd olaraq gənc nəslin təlim-tərbiyəsinin qeydinə qalacağını bildirib.

Xatırladaq ki, R. Hacıyev dəfələrlə müxtəlif qalmaqallarla gündəmə gəlib. Onun adı sonuncu dəfə Xaçmaz şəhər 4 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Mirzəyev Nazim Ramiz oğluna qarşı zorakılıqda hallanıb. Məktəblinin ailəsi iddia edir ki, şagirdin saçı uzun olduğuna görə R. Hacıyev digər məktəblilərin yanında övladlarını döyərək ona fiziki təzyiq göstərib. Bundan sonra Mirzəyevlər ailəsi R. Hacıyevdən DİN-nin 102 çağrı mərkəzinə şikayət edib.




Bölməyə aid digər xəbərlər