09:05 / 09-05-2025
Anqola prezidenti İlham Əliyevə zəng edib
08:55 / 09-05-2025
Putin qədəhini “Qələbə və Sülhün şərəfinə!” qaldırıb
08:50 / 09-05-2025
Bayden: Trampın hakimiyyətə gəlməsində məsuliyyətim var
08:45 / 09-05-2025
Rumiyna göndərdiyi yardıma görə Kiyevdən təzminat umur
08:29 / 09-05-2025
Tramp “Dünya gözəli”nin təkilatçısı kimi danışır
08:15 / 09-05-2025
Si Cinpin: “Böhranın səbəbləri aradan qaldırılmalıdır”
00:03 / 09-05-2025
Prezident Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - Foto
23:44 / 08-05-2025
Pakistan Hindistana raketlərlə cavab verib
22:40 / 08-05-2025
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
21:05 / 08-05-2025
Məhkəmə: Kəlbəcərin işğalını əks etdirən videomaterial nümayiş olunub - (Yenilənib)
20:33 / 08-05-2025
Zəvvarlar üçün Həcc ayinlərinin vaxtı elan olunub
20:17 / 08-05-2025
Məşhur rejissor böyük faciəni ekranlaşdıracaq
19:31 / 08-05-2025
Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
18:40 / 08-05-2025
Pakistan Hindistanın 25 PUA-sını vurub
18:28 / 08-05-2025
95 milyard avroluq məhsula rüsum tətbiqinə hazırlaşırlar
18:15 / 08-05-2025
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri Yüksək Dialoqa yekun vurub - Fotolar
18:05 / 08-05-2025
AFFA klublara Premyer Liqada iştirak üçün lisenziya verib
17:59 / 08-05-2025
27 yaşlı gənc tikinti obyektində yıxılaraq ölüb
17:46 / 08-05-2025
DTX və DSX-dən birgə əməliyyat: bir nəfər saxlanılıb
17:30 / 08-05-2025
Tofiq Yaqublu ilə bağlı Azərbaycan prezidentinə müraciət ediblər
17:27 / 08-05-2025
Putinin “parad atəşkəsi” 734 dəfə pozulub
17:08 / 08-05-2025
Prezident mədəniyyət və elm xadimləri ilə bağlı sərəncam imzalayıb
17:07 / 08-05-2025
Nazirliyə 5 milyon manat ayrılıb
16:58 / 08-05-2025
İncəsənət xadimlərinə Prezident mükafatı verilib - (Siyahı)
16:51 / 08-05-2025
Tramp Ərdoğanı Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə çağırır
16:37 / 08-05-2025
Hindistan-Pakistan döyüşündə 125 qırıcı iştirak edib
16:31 / 08-05-2025
Fikrət Qocanın 90 illik yubileyi qeyd olunacaq
16:28 / 08-05-2025
"Səhiyyə TV"nin adı dəyişib
15:52 / 08-05-2025
Növbəti dəfə torpaq hərracı keçiriləcək
15:40 / 08-05-2025
Milli Məclis bəyanat verib - (Yenilənib)
16:55 / 04-05-2025

13:57 / 04-05-2025

14:14 / 04-05-2025

10:50 / 05-05-2025

09:59 / 04-05-2025

00:06 / 05-05-2025

19:52 / 04-05-2025

11:11 / 04-05-2025

23:43 / 05-05-2025

07:53 / 05-05-2025

21:00 / 05-05-2025

21:33 / 05-05-2025

Yeni dünya düzəni... - Bu, Güney Azərbaycanın istiqlalı ilə formalaşacaq
Tarix: 28-11-2023 10:59 | Bölmə: Slayd

İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzəni dağılıb və onun bərpası artıq mümkün deyil. Bütün böyük dövlətlərin liderləri də şərti olaraq “Yalta-Potsdam dünya nizamı” adlandırılan düzənin dağıldığını etiraf edirlər. Dünyamızın münasibətlər sistemi isə elə formalaşıb ki, bir düzən dağılan kimi yeni nizamın formalaşması başlayır. Yeni dünya düzəni bir qayda olaraq böyük dövlətlərin iştirak etdiyi müharibələrdən sonra, savaşın nəticələrinə uyğun formalaşmağa başlayır.
Yeni dünya düzəninin formalaşması qaçılmaz bir proses olsa da, yeni nizamın necə olacağı ilə bağlı bir-birinin tam əksinə olan iddialar var. ABŞ prezidenti Co Bayden Vaşinqtonun yeni dünya düzəninə liderlik etmək iddiasında olduğunu bəyan edib. İranın ali dini lideri Ayətullah Əli Xameneinin iddiası isə belədir ki, yeni dünya düzənində Amerikanın artıq heç bir rolu olmayacaq. Ayətullah Əli Xameneinin bu mövqeyi heç şübhəsiz ki, sağlam təhlilə və məntiqə əsaslanmır. Ən böyük siyasi, iqtisadi və hərbi gücə malik bir dövlətin yeni dünya düzənində heç bir rolunun olmayacağı haqqında iddia sağlam ağılın məhsulu hesab edilə bilməz.
İkinci Dünya Müharibəsindən sonra formalaşan “Yalta-Potsdam dünya nizamı”nda Moskva iki əsas güc mərkəzindən biri idi.
Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Anil Çauhan hesab edir ki, yeni dünya düzənində Rusiya geosiyasi əhəmiyyətini itirəcək. General Çauhanın fikrincə, dünyanın ən böyük nüvə arsenalına malik olmasına və Pekinlə müttəfiqlik münasibətləri yaratmasına baxmayaraq Rusiyanın təsiri azalacaq. Əslində isə general Çauhanın təsvir etdiyi vəziyyətin gerçəkləşməsi prosesinin şahidi və müəyyən mənada da iştirakçısıyıq. Rusiyanın təsiri sürətlə azalır. Postsovet məkanının bütün çoğrafiyasında, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada Rusiyanın təsir gücü 24 fevral 2022-ci ildən öncəki vəziyyətlə müqayisədə ciddi şəkildə azalıb. Rusiya hələlik bu çoğrafiyanın ən böyük dövləti olaraq qalsa da, artıq bölgənin hakimi deyil.
Rusiyanın mövqeyinin zəifləməsi, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada təsirinin azalması İranın mövqelərini də zəiflədir.
Moskvanın itirdiyi mövqeyi Pekinin tutacağı, Rusiya, İran və Şimali Koreyanın yer aldığı “Şər oxu”na Çinin liderlik edərək yeni dünya düzənində güc mərkəzlərindən biri olacağı haqqında fikirlərin müəyyən əsası olsa da, belə bir prespektivi istisna edən çox ciddi amillər var. Çin özü də belə bir güc mərkəzi yaratmaq istəmədiyini artıq bəyan edib. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) San-Fransiskoda keçirilən sammiti çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşdə Çinin dövlət başçısı Si Cinpin ABŞ-a qarşı avtoritarların alyansını, yuxarıda bəhs edilən “Şər oxu”nu yaratmayacağı ilə bağlı vəd verib. Si Cinpin “Şər oxu” yaratmayacağı vədi ilə yanaşı Çinin ABŞ-ın dostu və tərəfdaşı olmağa hazır olduğunu bəyan etməsi tamamilə yeni geosiyasi vəziyyət yaradır. Bu o deməkdir ki, İranın qurtuluş kimi gördüyü “Şər oxu”nun formalaşma ehtimalı minimuma yaxındır.
Ukraynaya qarşı müharibədə hərbi-siyasi uğursuzluqlara məruz qalan Rusiyanın İranın yeganə sığınacaq kimi gördüyü “Şər oxu”nu yaratmağa imkanı yoxdur. “Şər oxu” olmadan isə İran üzləşdiyi çağrış və təhlükələrə cavab vermək imkanında deyil. İmperiya və böyük dövlətləri tarix səhnəsindən silən ən ciddi amil üzləşdikləri çağrış və təhlükələrə cavab vermək imkanında olmamasıdır. Sovet İttifaqının taleyi buna ən bariz nümunədir. İrandan dəfələrlə güclü və böyük olan Sovet İttifaqı xarici hərbi müdaxilə ilə deyil, üzləşdiyi çağrış və təhlükələrə cavab vermək imkanında olmadığı üçün dağıldı.
Böyük Məhəmməd Əmin Rəsulzadənin bir əsr öncə irəli sürdüyü “İnsanlara hürriyyət, millətlərə istiqlal” tezisi bu gün dünyanı hərəkətə gətirən əsas ideyaya çevrilib. Əsarət altında olan xalqların istiqlaliyyət uğrunda mübarizəsi iki il öncə ilə müqayisədə beynəlxalq münasibətlərdə indi daha çox dəstək qazanmağa başlayır.
“Post-Rusiya Azad Xalqlarının Forumu”nun legitimləşərək Moskvanın əsarətində olan xalqları təmsil edən platforma kimi tanınması, Beynəlxalq Uyğur Forumunun güclənməsi millətlərin istiqlal mübarizəsinin iki il öncə ilə müqayisəolunmaz dərəcədə dəstək qazandığını göstərir.
Nobel Sülh Mükafatının İranda qadın hüquqları uğrunda mübariz, əslən Güney Azərbaycandan olan Nərgiz Məhəməddiyə, Avropa İttifaqının insan hüquqları sahəsində ən yüksək mükaftı olan Andrey Saxarov adına“Düşüncə Azadlığı” Mükafatının da İranda şəriət qaydalarının qurbanı olan Məhsa Əminiyə verilməsi təsadüfi deyil. Bu iki hadisə göstərir ki, İrana yönəlik siyasətdə insanları hürriyyətə qovuşduracaq universal insan hüquqlarına daha çox önəm veriləcək. Buna görə də müasir dövrdə dünya düzəni “Şər oxu”nun liderliyi ilə yarana bilməz. Yaransa belə, belə dünya nizamı həyati qabliyyətli olmaz. Dünya nizamının totalitarizm və təcavüz üzərində qurulduğu dövr keçmişdə qalıb və geri qayıda bilməz. ABŞ prezidenti Co Baydenin qeyd etdiyi kimi, yeni dünya nizamı milli dövlətlərin ərazi bütövlüyü, suverenliyi və universal insan hüquqları əsasında formalaşmalıdır.
“Yalta-Potsdam dünya nizamı” əsasən Avrasiyaya aid idi. Həmin düzənin dağılması isə Avrasiyadakı siyasi münasibətlər sistemini və geosiyasi konfiqurasiyanı dağıdacaq. Bu proses Avrasiyadakı bütün ölkələrə təsir edəcək proses olsa da, əsas təsiri Rusiya və İranda müşahidə ediləcək. “Yalta-Potsdam dünya nizamı”nın dağılması əslində Rusiya və İranın dağılmasını ehtiva edir. Bütün bunlar əsas verir deyək ki, universal insan hüquqları əsasında formalaşacaq yeni dünya düzəni İranda xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınacağı bir dünya olacaq. Çünki İran milli dövət olmadığı kimi, insan haqq və hüquqlarını ən sərt şəkildə məhdudlaşdıran ölkədir. Universal insan hüquqlarının hakim olacağı dünyada isə İran kimi çoxmillətli ölkə totalitar rejimlə davam edə bilməz. Digər tərəfdən, İran kimi totalitar rejimlər əsasən dünyadakı mövqeyini və təsir dairəsini itirdikdə dağılmağa başladığı da tarixdən məlumdur.
İsrailin HƏMAS-ın terror hücumuna qarşı başlatdığı antiterror əməliyyatı həm də İranın on illiklər ərzində on milyardlarla dollar sərf edib hazırladığı və Tehranın təsir dairəsini yaymağa xidmət edən proksi qüvvələrə yönəlib. Həmin proksi qüvvələrin məğlubiyyəti İranın Yaxın Şərqdəki təsir dairəsinin kəskin azalmasına səbəb olacaq. Çünki bu qüvvələr teokratik rejimin bir hissəsinə çevrilib və onların uğuru Tehran rejiminin qələbəsi hesab olunur. Bu qüvvələrin məğlubiyyəti və təsir imkanlarının azaldılması İranın məğlubiyyəti olacaqdır. HƏMAS-ın strukturunun dağıdılması, “Hizbullah”ın İsraillə müharibədən yayınmağa çalışaraq öz qınına çəkilməsi Tehranın məğlubiyyətidir. Daha geniş mənada isə bu hadisə İranın öz təsir dairəsini yaratmaq üçün uzun illər ərzində on milyardlarla dollar xərcləyib müəyyən uğurlar da qazandığı siyasətin iflasıdır. Yaxın Şərqi təsir altında saxlamağa yönəlmiş bu siyasətin iflası teokratik rejimin legitimliyini tamamilə itirməsinə səbəb olacaqdır. Bundan sonra İranda mərkəzdənqaçma prosesi tarixin dialektik inkişaf qanuna uyğun olaraq həlledici mərhələyə qədəm qoyacaq.
Güney Azərbaycan istiqlaliyyətini qazanmadan yeni dünya düzəninin formalaşması başa çata bilməz. Yeni dünya düzəninin formalaşma prosesi yalnız Güney Azərbaycan istiqlaliyyətini qazandıqdan sonra başa çatacaq. Bu isə o deməkdir ki, Güney Azərbaycanın istiqlaliyyəti tarixin dialektik inkişaf qanununun diqtəsi olaraq tarixi zərurətə çevrilib.
Xəqani CƏFƏRLİ
Politoloq
Bölməyə aid digər xəbərlər

Dünən, 22:40
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
7-05-2025, 19:40
İlham Əliyev Moskvadakı Qələbə paradına qatılmayacaq
7-05-2025, 13:55
Putin nüvə silahından istifadə edə bilər
7-05-2025, 12:57
Rus ordusu mayın 9-dək Dnepropetrovsk vilayətini işğal etmək istəyir
7-05-2025, 09:50
Magistraturalara qəbul imtahanının vaxtı açıqlanıb
7-05-2025, 08:28
Diqqət! Yeni mobil-virus yayılır
7-05-2025, 06:30
Hindistan Pakistana hücum edib - (Yenilənib)
6-05-2025, 17:35
Britaniya Rusiya ilə müharibəyə hazırlaşır - Foto
6-05-2025, 16:07
Məhkəmələrə sədr və müavinlər təyin olunub - Siyahı
6-05-2025, 15:39
Professor: Azərbaycan Türkiyə-İsrail münasibətlərini nisbətən normal müstəviyə çəkə bilib
6-05-2025, 13:05
Dolaşıq kələf: Netanyahu Bakıya niyə uça bilməyib?
6-05-2025, 11:38
Hüseynəliyev nazir təyin edilib
5-05-2025, 18:48
Qəzzanın bütünlüklə ələ keçirilməsi planı təsdiqlənib
5-05-2025, 14:03
"Toplum TV" işi üzrə məhkəmə baxışı təyin olunub
5-05-2025, 10:50
Diktatorun qızı siyasi debüt edir
4-05-2025, 13:57
Azərbaycanın deputatı Moskvada saxlanılıb
3-05-2025, 16:54
Yerin fırlanmasını ləngidiblər - Foto
2-05-2025, 18:00
Professor: Ermənistan Zəngəzur dəhlizi problemini həll etməlidir
2-05-2025, 16:58
Zülfüqarov: Ermənistan etməsə, özümüz edəcəyik
2-05-2025, 13:42
Rusiyanın şərtləri rədd edilir
2-05-2025, 13:13
Kreml niyə Ukraynada seçki keçirilməsinə israr edir?
2-05-2025, 11:10
Vitse-prezident: Ukraynada müharibə tezliklə bitməyəcək
2-05-2025, 09:44
İnsanların yadplanetlilərlə qohumluq əlaqələri araşdırılıb
2-05-2025, 08:35
Bəşəriyyət üçün daha bir təhlükə yaranıb
2-05-2025, 03:00
ABŞ Rusiya-Ukrayna danışıqlarında vasitəçilikdən imtina edir
1-05-2025, 16:43
“Azəristiliktəchizat” ASC-yə yeni sədr təyin edilib
1-05-2025, 16:35
Prezident baş prokuror təyin edib - Sərəncam
1-05-2025, 12:23
Xocalıda itkin düşmüş yeddi mülki şəxsə aid meyit qalıqları tapılıb
1-05-2025, 11:32
Gürcüstanın yeganə müxalif telekanalı qapanıb
1-05-2025, 10:49
Tramp Ukraynadan 350 milyard dollar qazanmaq istəyir
1-05-2025, 03:15
ABŞ və Ukrayna faydalı qazıntılara dair saziş imzalayıblar
30-04-2025, 13:57
Azərbaycan-İran münasibətlərinin üst səviyyəyə qaldırılmasına maneə yoxdur - Professor
30-04-2025, 12:37
ABŞ-İran danışıqları: gündəmə yeni şərtlər gətirmək istəyirlər
30-04-2025, 11:44
İlham Əliyev Qusarda bağçılıq və anbar kompleksinin fəaliyyəti ilə tanış olub - Fotolar
30-04-2025, 00:06
Yerin altında Everestdən 100 dəfə böyük dağlar var