09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Müttəfiqlər Ukraynaya 100 milyard avro hərbi yardım edib
Tarix: 28-11-2023 14:19 | Bölmə: Slayd
Müttəfiqlər Ukraynaya 100 milyard avro hərbi yardım edib

NATO-dakı müttəfiq ölkələr Rusiya ilə münaqişədə Ukraynaya 100 milyard avro yardım göstərib. Onlar bundan sonra da Kiyevi dəstəkləməyə davam etmək niyyətindədirlər. İnanırlar ki, bu yanaşma onların kollektiv təhlükəsizlik maraqlarına uyğundur.

Reyting.az
xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansına üzv ölkələrin xarici işlər orqanları rəhbərlərinin Brüsseldə başlayan ikigünlük görüşü ərəfəsində bildirib.

Avropa İttifaqındakı bəzi siyasətçilərin “Ukrayna yorğunluğu” nümayiş etdirməsi ilə bağlı jurnalistlərin suallarını şərh edən Stoltenberq deyib:

“NATO müttəfiqləri lazım olduğu qədər Ukraynanı dəstəkləməyə sadiqdirlər, çünki bu, bizim təhlükəsizlik maraqlarımıza cavab verir. Rusiya ilə müharibə başlayandan bəri müttəfiqlər Ukraynaya təxminən 100 milyard avro məbləğində hərbi yardım təklif ediblər. Bu, hər gün döyüş meydanında böyük fərq yaradır”.

Bundan əvvəl NATO nümayəndələri bəyan etmişdilər ki, o, bir təşkilat olaraq Ukraynaya hərbi yardım göstərmir və Rusiya Federasiyası ilə münaqişədə iştirak etmir. Onların fikrincə, Kiyevə yardım ikitərəfli əsasda və ya Avropa İttifaqı çərçivəsində alyansın ayrı-ayrı ölkələri tərəfindən verilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər