Simonyan: “Ermənistan üçün Qarabağ məsələsi mövcud deyil”
Tarix: 28-11-2023 17:05 | Bölmə: Slayd
Simonyan: “Ermənistan üçün Qarabağ məsələsi mövcud deyil”

Ermənistan Dağlıq Qarabağ (artıq keçmiş-red.) da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır.

Reyting.az
xəbər verir ki, bunu noyabrın 28-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bildirib.

A. Simonyan deyib ki, Ermənistan üçün Dağlıq Qarabağ məsələsi mövcud deyil.

Onun sözlərinə görə, bu gün Ermənistan üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan Qarabağ da daxil olmaqla 86,6 min kvadrat kilometr ərazisi olan Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər