09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Rusiya 100 mindən çox miqrantı Ukraynaya köçürüb
Tarix: 30-11-2023 10:11 | Bölmə: Slayd
Rusiya 100 mindən çox miqrantı Ukraynaya köçürüb

Rusiya Ukraynanın işğal olunmuş ərazilərində demoqrafik tərkibi dəyişməyə çalışır. Bu məqsədlə Orta Asiyadan miqrantları kütləvi şəkildə işğal edilən ərazilərə gətirirlər.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, Ukraynanın işğal olunmuş ərazilərində belə miqrantların ümumi sayı 100 min nəfəri ötüb.

Məlumata görə, həmin miqrantların əksəriyyəti tikinti sahələrində çalışır. Gələcəkdə ruslar vətəndaşlıq müqabilində onları səfərbər etməyi planlaşdırır.

“Miqrantların kütləvi gəlişi artıq kriminal vəziyyətin pisləşməsinə səbəb olub və etnik cinayətkar qruplar yaranıb. Ruslar mütəşəkkil cinayətkar qrupların köməyi ilə onlara aid olmayan bölgəyə nəzarəti yaxşılaşdırmağa çalışır”, - Milli Müqavimət Mərkəzi qeyd edib.

Əlavə olunur ki, miqrantlar Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan və Qazaxıstandan gəliblər.



Ukrayna mediası yazır ki, genişmiqyaslı işğalın başlanmasından bəri rus qoşunları işğal olunmuş ərazilərdə minlərlə ukraynalı mülki vətəndaşı qətlə yetirib. Yüz minlərlə insan öz yaşayış yerini tərk edib - ya işğalçılardan azad edilmiş Ukrayna ərazisinə, ya da başqa ölkələrə gedib. Ruslar işsizlik və humanitar fəlakət səbəbindən yerli sakinləri ərazini tərk etmək məcburiyyətində qoyur, əvəzində Rusiyaya sadiq miqrantlar gətirirlər. Bu tendensiyanı xüsusən Donetsk vilayətində müşahidə etmək mümkündür. Rusiya Federasiyası təkcə Mərkəzi Asiya və Şimali Qafqazdan olan 30 mindən çox miqrantı Mariupola köçürüb.

Bildirilir ki, ruslar ukraynalıları qanunsuz olaraq Rusiya Federasiyası ərazisinə aparırlar. Deportasiya edilənlər əsasən uşaqlardır. Bəziləri Ukraynada valideynləri və qohumları olmasına baxmayaraq, rus ailələrinə övladlığa verilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər