09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Keçmiş komitə sədri ölkədən külli miqdarda vəsait çıxarır
Tarix: 04-12-2023 12:24 | Bölmə: Slayd
Keçmiş komitə sədri ölkədən külli miqdarda vəsait çıxarır

Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevlə bağlı sensasiya sayıla biləcək məlumat yayılıb.

Reyting.az
Axar.az-a istinadla xəbər verir ki, S. Mehdiyev tez-tez xaricə səfər etməyə başlayıb və hər gedişində külli miqdarda vəsait çıxarır.

Onun hər dəfə külli miqdarda vəsaiti “xərcləmək üçün” apardığı bildirilsə də, səfərlər arasında intervalın çox sıx olması general-polkovnikin ölkədən vəsait daşıdığı təəssüratını yaradıb. S. Mehdiyevin külli miqdarda vəsaiti ölkədən necə çıxara bilməsi də maraqlıdır.

Xatırladaq ki, 1973-cü il təvəllüdlü Səfər Mehdiyev 2018-2022-ci illərdə Gömrük Komitəsinə sədrlik edib.




Bölməyə aid digər xəbərlər