09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Ağ ev xəbərdar edir: “Rusiya Ukraynada qələbə çala bilər”
Tarix: 04-12-2023 18:20 | Bölmə: Slayd
Ağ ev xəbərdar edir: “Rusiya Ukraynada qələbə çala bilər”

Ağ ev Ukraynaya yardımı təsdiqləmək üçün ABŞ Konqresinə təcili müraciət edib.

Reyting.az
“Bloomberg”ə istinadla xəbər verir ki, Ukraynaya yardım üçün maliyyənin təsdiqlənməsinin zəruriliyi barədə təcili məktubu ABŞ-ın İdarəetmə və Büdcə Ofisinin direktoru Şalanda Yanq göndərib.

Müraciətdə bildirilir ki, təqvim ilinin sonuna qədər Ukraynaya yardım göstərilməlidir, əks-təqdirdə resurslar tamamilə tükənəcək.

Məktubda qeyd olunur ki, heç bir gizli maliyyə mənbəyi yoxdur. “Pulumuz və demək olar ki, vaxtımız bitdi”, - yazan Yanq, xəbərdarlıq edir ki, hərəkətsizlik Ukraynanı döyüş meydanında diz çökdürəcək, nəinki əldə etdiyi nailiyyətləri təhlükə altına qoyacaq, həm də Rusiyanın hərbi qələbə çalmaq ehtimalını artıracaq.

Məktubda yazılır ki, Konqres ilin sonuna qədər tədbirlər görməsə, Ukrayna üçün əlavə silah, avadanlıq almaq və ABŞ-ın hərbi ehtiyatlarından avadanlığı təmin etmək üçün resurslar tükənəcək.

Ağ ev həmçinin bildirir ki, maliyyə Ukraynaya köhnə silah sistemləri göndərməklə və onları ABŞ istehsalı olan yeniləri ilə əvəz etməklə ABŞ-ın sənaye bazasının gücləndirilməsinə kömək edəcək.

“Hansı ABŞ şirkətlərinin yeni müqavilələr alacağını dəqiq proqnozlaşdıra bilməsək də, bilirik ki, bu vəsait Alabama, Texas və Corciyada tikilmiş hava hücumundan müdafiə sistemləri kimi İsrail və Ukraynada mülki şəxslərə hücumlara qarşı qabaqcıl müdafiə vasitələri əldə etmək üçün istifadə olunacaq. Eləcə də həyati vacib alt komponentlər təxminən 50 ştatın hamısından qaynaqlanır”, - deyə məktubda qeyd edilib.

Bildirilir ki, Bayden administrasiyasının bu həftə qanunvericilərə maliyyəni ilin sonuna qədər uzatmamağın nəticələri barədə məlumat verəcəyi gözlənilir.

Onu da qeyd edək ki, ABŞ iki aydır Ukraynaya yeni hərbi yardım proqramı ilə bağlı razılığa gələ bilmir. Daha əvvəl Konqresə bildirilib ki, Ukrayna və İsrailə böyük hərbi yardım paketi Miladdan gec olmayaraq qəbul edilməlidir, əks-halda bayram günləri ilə əlaqədar bu məsələ yenidən qeyri-müəyyən müddətə təxirə salınacaq.

Eyni zamanda, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Ukraynaya yardımın ölkəsi üçün “əsas prioritet” olduğunu bildirib. Pentaqon rəhbəri Lloyd Ostin isə bir daha ABŞ-ın Rusiyanın qalib gəlməsinə imkan verməyəcəyini və Ukraynaya hərbi yardım göstərməyi hədəflədiklərini vurğulayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər