09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Baydenə ultimatum verirlər
Tarix: 06-12-2023 10:03 | Bölmə: Slayd
Baydenə ultimatum verirlər
C. Bayden

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Ukraynaya hərbi yardım paketinin qəbulu ilə bağlı amerikalı deputatların müzakirəsinə hansı qanun layihələrinin təqdim olunmasına görə Ağ evə ultimatum verib.

Reyting.az
xatırladır ki, dünən Ağ evin İdarəetmə Ofisi və Maliyyə Direktoru Şalanda Yanqa Ukraynaya yardım üçün maliyyənin təsdiqlənməsinin zəruriliyi barədə ABŞ Konqersinə təcili məktubu göndərib. Mayk Conson isə xəbərdarlıq edir ki, Bayden administrasiyası Meksika ilə sərhəd təhlükəsizliyini gücləndirməyə razılıq verməsə, Ukraynaya gələcək hərbi yardımı dəstəkləməyəcək.

Mayk Conson konkret tələblər irəli sürmür, lakin sabiq prezident Donald Trampın seçkiqabağı kampaniyasının əsas vədlərindən biri olan sərhəd divarının tikintisinin bərpasını tələb edən Sərhəd Təhlükəsizliyi Aktına istinad edir. İndiyədək Demokrat konqresmenlər və Bayden administrasiyası buna qarşı çıxıblar.


M. Conson

“Ukrayna üçün əlavə maliyyələşmə dövlətimizin sərhəd təhlükəsizliyi qanunlarına transformativ dəyişikliklərin qəbulu ilə şərtlənir. Biz Bayden administrasiyası ilə dövlətlərin maraqlarını qoruyacaq möhkəm sərhəd təhlükəsizliyi paketi üzərində işləməyə hazırıq”, - deyə Consonun məktubunda qeyd edilir.

Xatırladaq ki, dekabrın 4-də ABŞ-ın İdarəetmə və Büdcə Ofisinin direktoru Şalanda Yanqın Konqresə təcili məktubunda qeyd edilib ki, əvvəllər ayrılan vəsait bu ay başa çatacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər