09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
2,8 milyard insan isti dalğalarının təsirinə məruz qala bilər
Tarix: 06-12-2023 10:25 | Bölmə: Slayd
2,8 milyard insan isti dalğalarının təsirinə məruz qala bilər

2090-cı ilə qədər dünyada isti dalğalarına məruz qala biləcək insanların sayı 2,8 milyarda çata bilər.

Reyting.az
xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatında bildirilir.

Beynəlxalq Miqrasiya Təşkilatının dərc etdiyi hesabatda qeyd olunur ki, iqlim dəyişikliyi onun dünya üzrə əhalinin hərəkətinə təsirini proqnozlaşdırmaq imkanlarını məhdudlaşdırır.

İsti dalğalarından potensial olaraq təsirlənəcək insanların demək olar ki, yarısının - təxminən 1,3 milyard nəfərinin Cənubi Asiyada yaşayacağı proqnozlaşdırılır. Məlumata görə, iqlim dəyişikliyi səbəbindən Cənubi Asiyadan son 10 ildə 59,7 milyon insan köçə bilər.

Hesabatda qeyd olunur ki, aşağı və yüksək istiləşmə ssenariləri gələcək üçün istixana qazlarının konsentrasiyalarında fərqli tendensiyalar yarada və bunun 2100-cü ilə qədər qlobal temperaturun müvafiq olaraq 2 dərəcədən az və 3-4 dərəcə Selsi artmasına səbəb ola bilər.

Hesabatda qlobal isti dalğalarına məruz qalma ehtimalı olan insanların sayının 2090-cı ilə qədər 2,8 milyarda yüksələ biləcəyi qeyd edilib.

Sənəddə 2023-cü ilin tarixin ən isti ili olmağa davam etdiyi vurğulanır və iqlim dəyişikliyinin təsirlərinin Afrika Buynuzundan Sakit Okean adalarına qədər insanlar üzərində getdikcə daha çox göründüyü bildirilir.

V. QULİYEV
Reyting.az





Bölməyə aid digər xəbərlər