Bayden: “Putinin qalib gəlməsinə imkan verə bilmərik”
Tarix: 07-12-2023 00:47 | Bölmə: Slayd
Bayden: “Putinin qalib gəlməsinə imkan verə bilmərik”

ABŞ prezidenti Co Bayden Konqresdəki respublikaçılara Ukraynaya yeni hərbi yardım üçün müraciət ünvanlayıb. C. Bayden müraciətində xəbərdarlıq edib ki, Rusiyanın Ukrayna üzərində qələbəsi Moskvanın NATO müttəfiqlərinə hücumuna imkan verəcək.

Reyting.az
-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, Administrasiya rəsmisi bildirib ki, Vaşinqton dekabrın 6-da Kiyevə 175 milyon dollarlıq əlavə hərbi yardım elan etməyi planlaşdırır.

"Putin Ukraynanı ələ keçirsə, bununla da dayanmayacaq", - deyən Baydenin sözlərinə görə, Putin bundan sonra NATO müttəfiqlərinə hücum edə və Amerika qoşunlarını Rusiya qoşunları ilə döyüşmək məcburiyyətində qoya bilər.

Bayden əlavə edib ki, “Putinin qalib gəlməsinə imkan verə bilmərik”.

Qeyd edək ki, ABŞ artıq Ukraynaya 175 milyon dollar dəyərində yeni silah paketi ayırıb. Paket silah, texnika və ehtiyat hissələrini əhatə edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
24-07-2024, 08:16 Ayda suyun izi tapılıb

{sape_links}{sape_article}