17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Oqtay Əsədov Azərbaycan dilini bilməyən deputatlara xəbərdarlıq etdi
Tarix: 15-11-2018 13:32 | Bölmə: Slayd
Oqtay Əsədov Azərbaycan dilini bilməyən deputatlara xəbərdarlıq etdi

Milli Məclisin etik davranışları ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı ən çox irad tutulan məsələ deputatların günün ikinci yarısında iclaslarda iştirak etməməsi ilə bağlıdır. Məgər günün ikinci hissəsində qəbul olunan qanunlar eyni çəkiyə malik deyil? Əgər hansısa deputatın tədbiri və ya iştirak etməmək üçün səbəbi varsa, bu barədə məlumat verməlidir.

Reyting.az bildirir ki, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctima birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında bəyan edib.

Qanun layihəsinin müzakirələrində deputatların yalnız Azərbaycan dilindən istifadə etməsi məsələsinə toxunan Siyavuş Novruzovun sözlərinə görə, dil məsələsi Milli Məclisin Daxili Nizamnaməsində göstərilib:

Oqtay Əsədov Azərbaycan dilini bilməyən deputatlara xəbərdarlıq etdi

“Dövlət dili Azərbaycan dilidir və iclaslar da bu dildə getməlidir. Lakin digər xalqların nümayəndələri də başqa dildə danışa bilər. Sabah biz Dağlıq Qarabağı azad etdik, ermənilərlə bərabər yaşamalı olduq və onların 8-i gəlib oturdu parlamentdə, onlar hansı dildə danışmalıdır? Seçilib gəlib burada iştirak edirsə, o zaman ona da hüquq verilməlidir ki, yaşadığı ölkənin vətəndaşı olmaqla yanaşı, öz dilində danışsın. Azərbaycanlı olub bu dili bilməyənlər məcbur olub danışmalıdırlar. Qalan insanları buna məcbur etmək olmaz”.

Spiker Oqtay Əsədov deputatın dillə bağlı qaldırdığı məsələyə toxunub:

“Kimliyindən asılı olmayaraq, Azərbaycan dilini bilib parlamentdə oturmalıdır. Kim Azərbaycan dilini bilmirsə, gəlib burada oturmasın”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}