12:04 / 24-06-2025
Daha bir yaşayış məntəqəsi işğal edilib - Foto
11:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib
11:47 / 24-06-2025
İsrail hava məkanını uçuşlar üçün açıb
11:45 / 24-06-2025
İlham Əliyev italiyalı naziri Mingəçevirdə qəbul edib - (Yenilənib)
11:41 / 24-06-2025
Moskva vilayətinə hücum olub - Foto
11:36 / 24-06-2025
“Neftçi” klubu daha bir futbolçu ilə vidalaşıb
11:31 / 24-06-2025
İsrail daha bir iranlı nüvə alimini öldürüb
11:30 / 24-06-2025
Kart nömrəsini, PIN kodunu, CVV kodunu paylaşmaq olmaz
11:20 / 24-06-2025
Milli Məclis Ali Baş Komandana təbrik ünvanlayıb
11:08 / 24-06-2025
İsrail İranla atəşkəs razılaşmasını rəsmən təsdiqləyib
11:00 / 24-06-2025
NATO ölkəsinə hücum ola bilər
10:20 / 24-06-2025
Bakıda nişan mərasimində dava: 3 nəfər tutulub - Video
10:14 / 24-06-2025
Tramp dünyanı aldadıb: atəşkəs yoxdur, İsrail İrana ağır zərbələr endirir
09:57 / 24-06-2025
Əhməd Orucun oğlunun ölümü ilə bağlı yeni məlumatlar yayılıb
09:45 / 24-06-2025
Məktəb direktoru şagirdlərdən polisə şikayət edib
09:35 / 24-06-2025
Prezident İlham Əliyev Mingəçevirə gedib
08:21 / 24-06-2025
Hərbi bazanın yaxınlığında partlayış baş verib
08:15 / 24-06-2025
Yaxın Şərq ölkələrinə getməyin!
08:09 / 24-06-2025
Şahzadə Uilyam tacdan imtina edə bilər
07:55 / 24-06-2025
Som balığı beş nəfəri yaralayıb
07:50 / 24-06-2025
Zaxarova: Qərb İranda hakimiyyəti dəyişməyə cəhd edir
07:44 / 24-06-2025
Polkovnik İran XİN-nin bəyanatını dəyərləndirib
07:09 / 24-06-2025
İran və İsrail atəşkəsə razılaşıblar?
23:45 / 23-06-2025
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
21:27 / 23-06-2025
İran Qətər və İraqdakı ABŞ bazalarına raket atıb
19:29 / 23-06-2025
Britaniya İrana mesaj yollayıb
19:12 / 23-06-2025
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
18:53 / 23-06-2025
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
18:00 / 23-06-2025
Ağ Ev: "ABŞ Hörmüz boğazındakı vəziyyəti fəal şəkildə və diqqətlə izləyir"
17:43 / 23-06-2025
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var
16:11 / 19-06-2025

17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

16:26 / 20-06-2025

15:58 / 21-06-2025

16:45 / 21-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

ABŞ-ın sanksiyaları Azərbaycana təsirsiz ötüşməyəcək
Tarix: 18-11-2018 09:05 | Bölmə: Slayd

Məlum olduğu kimi, ABŞ-ın qonşu İrana sanksiya tətbiqindən sonra bölgədə gərginlik xeyli artıb.
Düzdür, rəsmi Tehran bu sanksiyalardan İranın yenə də üzüağ çıxacağını iddia edir. Lakin sanksiyalardan sonra İranın beynəlxalq bank əməliyyatlarından kənarlaşdırılması, eyni zamanda, neft satışının ciddi şəkildə məhdudlaşdırılması onu deməyə əsas verir ki, sanksiyaların təsiri yaxın aylarda özünü daha ciddi şəkildə büruzə verəcək.
Reyting.az-ın məlumatına görə, bu fikiri Trampın müşaviri Con Boltonun son açqılaması da təsdiqləyir. O, ötən həftə Sinqapurda jurnalistlərə açıqlamasında deyib ki, ABŞ İran neftinin ixracının qarşısını almaq üçün təzyiqlərini daha da artıracaq:
“Elə əvvəldən məqsədimiz İranın neft ixracının qarşısını almaq olub. İndi bizim niyyətimiz onları daha çox sıxışdırmaqdır. İngilislərin atalar sözündə deyildiyi kimi, ciyiltiləri çıxanadək sıxışdırmaq”.
Bəs, qonşu ölkəyə tətbiq edilən bu sanksiyanın Azərbaycana, ümumiyyətlə, Qafqaz bölgəsinə təsiri necə olacaq?
Reyting.az bildirir ki, amerikalı ekspert Devid Obern “Eurasianet.org” saytında İrana tətbiq olunan sanksiyaların Azərbaycana mümkün təsiri ilə bağlı maraqlı təhlil aparıb.
Həmin təhlili təqdim edirik:
Vaşinqton İrandan neft ixracının tam kəsilməsinə nail olmağı qarşısına məqsəd qoyub. Bu, Cənubi Qafqaz respublikalarından heç birinə birbaşa toxunmur, çünki İran neftini idxal etmirlər. Amma hər üçü bu və ya digər dərəcədə İran təbii qazının tədarükündən asılıdır, belə ki, baş verənlər, ən azı, sanksiyaların miqyası məlum olanadək hökm sürəsi qeyri-müəyyənlik hər halda onlara da toxunacaq.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Vaşinqtonun İranı təcrid səylərinə dəstək əldə etmək cəhdiylə hər üç ölkəyə səfər edib, amma səfərinin nəticələri birmənalı olmayıb. Səkkiz ölkə, o cümlədən Türkiyə Vaşinqtonun noyabrın 5-də qüvvəyə mindirdiyi yeni sanksiyalar zərfindən çıxdaş olunsa da, Qafqaz dövlətlərindən heç biri bu sıraya daxil olmayıb.
Həm xam neft, həm də təbii qaz ixrac edən, habelə arabir İrandan qaz idxal edən Azərbaycan ən qəliz duruma düşüb. Azərbaycan İranla müəyyən ölçüdə quru və dəniz sərhədinə, həmçinin Xəzər dənizində birgə işlənməsi haqda bu ilin martında müqavilə imzalanan bir neçə işlənməmiş neft və qaz yataqlarına malikdir.
İndi bu yataqların işlənməsi az ağlabatan görünür, amma başqa ortaq layihələr artıq o səviyyəyədək inkişaf edib ki, bunları hətta Vaşinqton da dayandıra bilməz.
Azərbaycanın əsas qaz yatağı Şahdəniz Britaniyanın neft nəhəngi BP-nin başçılıq etdiyi konsorsium tərəfindən işlənilir. Ancaq İran Milli Neft Şirkətinin (NIOC) də orada 10 faiz payı var.
Şahdəniz hazırda Avropa Birliyinin dəstəyi ilə çoxdan planlaşdırılmış, Avropanın Rusiya enerji daşıyıcılarından asılılığını zəiflətməli olan Cənub Qaz Dəhlizi (CQD) üçün yeganə qaz qaynağıdır.
Vaşinqton Şahdəniz və CQD haqda öz mövqeyini hələ avqustda aydın ifadə edib: ABŞ Maliyyə nazirliyi “təbii qaz hasilatı, habelə təbii qazın Azərbaycandan Türkiyə və Avropaya nəqli üçün boru kəməri çəkilməsi və istismarı” üzrə fəaliyyət üçün İrana qarşı yönəlmiş sanksiyalardan müddətsiz azadlıq verib. Bu güzəşt sayəsində həmin layihənin həyata keçirilməsində nə BP, nə Azərbaycanın SOCAR dövlət neft şirkəti, nə də qalan üç payçını sanksiyalar təhdid edir.
Bundan başqa, Azərbaycan İrandan neft ixracatının kəsilməsinə görə dünya neft qiymətlərinin artımı, habelə təbii qazın, adətən, neftin qiymətlərinə bağlı olan qiyməti yüksələcəyi halda potensialca qazanc əldə edə bilər.
Xəzər bölgəsində energetika məsələləri üzrə mütəxəssis və Atlantika Şurasının elmi əməkdaşı Con Roberts “Eurasianet.org”a deyib: “Azərbaycan Amerikanın İrana qarşı sanksiyalarından bəzi dolayı qazancları tam əldə edə bilər, çünki Fars körfəzində gərginliyin güclənməsi nəticəsində neft qiymətinin yüksəlməsindən udur”.
Amma o, xəbərdarlıq edib ki, belə potensial qazanclar proqnoza yatmır, çünki Bakının nəzarətində olmayan amillərdən asılıdır.
Roberts əlavə edib ki, Azərbaycanın durumu üstəlik bununla qəlizləşir ki, İran təbii qazının idxalatçısıdır.
Azərbaycan Naxçıvan eksklavında daxili istehlak üçün cüzi miqdarda İran qazı idxal edir. Bundan savayı, son illərdə Azərbaycana daxili istifadə üçün gərəkən və ehtimal olunduğu kimi, bu il Azərbaycandan 2,7 milyard mavi yanacaq idxal etməli olan Gürcüstan qarşısında öhdəliyi yerinə yetirmək üçün İran üzərindən tranzitlə Türkmənistan qazı daxil olur.
SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov “Eurasianet.org”a deyib ki, şirkət indi öz istehsalının artımı sayəsində İran üzərindən qaz idxalını dayandırıb.
Əhmədov bildirib: “İdxal edilmiş qazın önəmli bölümü yay dövründə anbarlarımızın doldurulması üçün işlədilib. Bu qaz sonra qışda daha yüksək tələbat dövründə ixracata göndərilib”.
SOCAR indi anbarlarda 3 milyard kubmetrdən çox qaz olduğu, ilin sonunadək isə Rusiyadan əlavə tədarüklərin gözlənildiyi nəzərə alınmaqla kəsir proqnozlaşdırmır. Əhmədov deyib: “Gürcüstana qaz tədarükündə problem olmayacaq”.
Türkiyəyə bir qarış çıxışla İran və Ermənistan arasına qısılmış Naxçıvanın imkanlarını özünün coğrafi durumu məhdudlaşdırır.
Naxçıvana Türkiyədən qaz nəqli üçün boru kəmərinin qurulması haqda 2010-da Aankarayla saziş imzalanıb, amma boru kəməri indiyədək çəkilməyib və eksklav qabaqkı kimi İrandan mübadiləvi tədarükdən asılıdır.
Belə sazişlər Bakı tərəfindən Amerika sanksiyaları rejiminin hökmən pozulduğunu bildirmir. Əhmədov təsdiqləyib ki, SOCAR ən yaxın vaxtlarda İranla pullu ödəniş nəzərdə tutan hər hansı tranzaksiya planlaşdırmır.
Azərbaycandan Gürcüstana qaz ixracatı, doğrudan da, ziyan çəkməsə, onda Amerika sanksiyaları Qara dənizə çıxış sayəsində İranın neft məhsullarını idxal etməyə ehtiyacı olmayan Gürcüstana az toxunacaq.
Amma bunu dənizə çıxışın yoxluğu və bölgədəki siyasi təcridlə bağlı seçimi məhdud olan Ermənistan haqda deyə bilməzsən.
Ermənistanın özünün təbii resursları azdır, ölkəni 40 faizdən çox elektrik enerjisiylə təchiz edən “Metsamor” AES köhnəlir və ölkənin enerji daşıyıcılarına tələbatının ödənilməsi getdikcə daha çox dərəcədə qaz idxalından asılı olur.
Ermənistan idxal qazının əsas hissəsini (Gürcüstan üzərindən) Rusiyadan alır, amma İrəvan 2017-də bundan başqa İrana elektrik enerjisi tədarükü əvəzində İrandan 400 milyon kubmetrə yaxın qaz idxal edib. 2017-nin sonunda İran qazının Ermənistana idxalının 25 faiz artırılması və elektrik enerjisi ixracının simmetrik artımı haqda saziş barədə elan olunub. Hazırda bütünlükdə bu sazişin gələcəyi, habelə İran qazının Ermənistana tədarükü qeyri-müəyyəndir.
Ermənistan Narici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan noyabrın 6-da Tvitterdə yazıb ki, onun idarəsi hadisələrin inkişafını diqqətlə izləyir. O, məlumat verib:
“Yeni sanksiyaların Ermənistana təsirinin əhatəli araşdırılması davam edir”.
Naqdalyan bu məqalənin dərci anında “Eurasianet.org”un suallarını cavablandırmayıb.
Ermənistanın durumu bir də bununla ağırlaşır ki, bu ölkədə qaz borusu şəbəkəsinin önəmli bölümü Rusiyanın “Qazprom”una məxsusdur. “Qazprom”un müəyyən etdiyi qaz tədarükü qiymətləri haqda iki ölkə arasında çəkişmə çoxdan gedir.
İrəvan, beləliklə, İran idxalatından imtina etməyə məcbur olarsa, Rusiyadan daha çox asılılığa düşəcək, danışıqlardakı mövqeyi isə xeyli zəifləyəcək”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:56
Ağdərə və Ağdama növbəti köç karvanı gedib
Bu gün, 09:35
Prezident İlham Əliyev Mingəçevirə gedib
Bu gün, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
Dünən, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Dünən, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Dünən, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Dünən, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Dünən, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Dünən, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır