12:39 / 24-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:28 / 24-06-2025
Leyla Əliyeva və Arzu Əliyeva Xızıda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
12:04 / 24-06-2025
Daha bir yaşayış məntəqəsi işğal edilib - Foto
11:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib
11:52 / 24-06-2025
Prezident İlham Əliyev Mingəçevirə gedib - (Yenilənib) - Fotolar
11:47 / 24-06-2025
İsrail hava məkanını uçuşlar üçün açıb
11:45 / 24-06-2025
İlham Əliyev italiyalı naziri Mingəçevirdə qəbul edib - (Yenilənib)
11:41 / 24-06-2025
Moskva vilayətinə hücum olub - Foto
11:36 / 24-06-2025
“Neftçi” klubu daha bir futbolçu ilə vidalaşıb
11:31 / 24-06-2025
İsrail daha bir iranlı nüvə alimini öldürüb
11:30 / 24-06-2025
Kart nömrəsini, PIN kodunu, CVV kodunu paylaşmaq olmaz
11:20 / 24-06-2025
Milli Məclis Ali Baş Komandana təbrik ünvanlayıb
11:08 / 24-06-2025
İsrail İranla atəşkəs razılaşmasını rəsmən təsdiqləyib
11:00 / 24-06-2025
NATO ölkəsinə hücum ola bilər
10:20 / 24-06-2025
Bakıda nişan mərasimində dava: 3 nəfər tutulub - Video
10:14 / 24-06-2025
Tramp dünyanı aldadıb: atəşkəs yoxdur, İsrail İrana ağır zərbələr endirir
09:57 / 24-06-2025
Əhməd Orucun oğlunun ölümü ilə bağlı yeni məlumatlar yayılıb
09:45 / 24-06-2025
Məktəb direktoru şagirdlərdən polisə şikayət edib
08:21 / 24-06-2025
Hərbi bazanın yaxınlığında partlayış baş verib
08:15 / 24-06-2025
Yaxın Şərq ölkələrinə getməyin!
08:09 / 24-06-2025
Şahzadə Uilyam tacdan imtina edə bilər
07:55 / 24-06-2025
Som balığı beş nəfəri yaralayıb
07:50 / 24-06-2025
Zaxarova: Qərb İranda hakimiyyəti dəyişməyə cəhd edir
07:44 / 24-06-2025
Polkovnik İran XİN-nin bəyanatını dəyərləndirib
07:09 / 24-06-2025
İran və İsrail atəşkəsə razılaşıblar?
23:45 / 23-06-2025
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
21:27 / 23-06-2025
İran Qətər və İraqdakı ABŞ bazalarına raket atıb
19:29 / 23-06-2025
Britaniya İrana mesaj yollayıb
19:12 / 23-06-2025
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
18:53 / 23-06-2025
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
16:11 / 19-06-2025

17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

16:26 / 20-06-2025

15:58 / 21-06-2025

16:45 / 21-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

Tramp vəliəhdi xilas yolunu tapıb: Kaşıqçının qətl işi 450 milyarda bazarlığa çıxarılıb
Tarix: 24-11-2018 20:01 | Bölmə: Slayd

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda vəhşicəsinə qətlə yetirilən jurnalist Camal Kaşıqcının meyiti tapılmasa da, bu qətlin sifarişçisi dünya mətbuatının gündəmindən düşmür.
Xatırladaq ki, Almaniya, Fransa, ABŞ artıq qətldə adı halanan və yaxud onlara hansısa formada dəstək verən 17-18 səudiyyəli vəzifəli şəxsə sansksiya tətbiq edib. Almaniya, eyni zamanda, Ər-Riyada silah satışına qadağa qoyub. Buna paralel olaraq, Avropa İttifaqı rəsmi Ər-Riyada basqıları artırıb. Qardaş Türkiyə isə hər keçən gün bu cinayətin məhz Səudiyyə şahzədəsi, vəliəhd Məhəmməd bin Salmanın tapşırığı ilə icra edildiyini gündəmə gətirir.
Bu yerdə xatırladaq ki, Səudiyyə şahzədəsi, vəliəhd Məhəmməd bin Salman hələ oktyabrın sonunda, hansı ki, bu qətllə bağlı ilk açıqlamasında rəsmi Ankaraya xüsusi jest etmişdi. Bildirmişdir ki, bəzi qüvvələr bu qətldən yararlanaraq, Ərdoğanı, Kralı və onu hədəfə gətirmək, iki ölkənin münasibətləri pozmaq istəyirlər: “Lakin onlar nə Ərdoğanı, nə Kralı, nə də məni ləkələyə, münasibətlərimizi poza bilməyəcəklər”.
Göründüyü kimi, şahzadə çox açıq şəkildə Ərdoğana jest edib, sanki “Bu günə qədər aramızada olan soyuqluğu kənara qoyaq, hərtərəfli əməkdaşlıq edək”,- mesajı verib. Çünki hamı əla bilir ki, məhz bu cinayətə qədər Səudiyyə ilə Türkiyə arasında münasibətlər çox gərgin olub. Hətta Ər-Riyad Türkiyənin bölgədə təklənməsi üçün çox çabalar göstərib. Bununla kifayətlənməyərək PKK, YPG qüvvələrinə 100 milyonlarla dollar yardımlar göstərib. Sözsüz ki, bütün bunlar məhz Səudiyyə şahzədəsi, vəliəhd Məhəmməd bin Salmanın təqdimatı və tapşırığı ilə icra edilib. Ərdoğan və komandası da bunu dəqiq bilir və bu səbəbdən də şahzadə ilə - ABŞ-dan fərqli olaraq - uzlaşmaq üçün qapını açıq saxlamaq istəmirlər.
ABŞ-ın Kaşıqçı cinayətinə baxışına gəlincə, Tramp bu qətli Tvinter üzərindən ölkəsinin xeyrinə yönəltmək cəhdini hadisənin ilk günlərindən gizlətməyib. Hətta bir ara açıq şəkildə şahzadəni müdafiə edərək, bu qətldə onun qətiyyən əlinin olmadığını deyirdi və Səudiyyə ilə bu gündək milyardlıq anlaşmalara, eyni zamanda, gələcəkdə daha böyük alış-verişlərə eyham vururdu.
Lakin Trampın son tviti göstərir ki, ABŞ Səudiyyədən gözlədiyi milyardlıq layihələrin gerçəkləşməsinin ləngiməsindən qəzəblidir. Başqa sözlə, jurnalistin qətli ilə bağlı rəsmi Ər-Riyadın bəzi məqamların ört-basdır edilməsi üçün ABŞ-ın milyardlıq iqtisadi tələblərinə “könülsüz” yanaşması Trampın qəzəbinə səbəb olub. O, artıq ənənəvi taktikasını işə salaraq, Səudiyyəni və orada faktiki dövlətə rəhbərlik edən şahzədə, vəliəhd Məhəmməd bin Salmanı tədricən “şahmat taxtası”na otuzdurmaq mesajı verir.
“Reytinq”in məlumatına görə, iki gün əvvəl ABŞ prezidenti Donald Tramp jurnalist Camal Kaşıqcının qətli ilə bağlı Səudiyyə şahzədəsi, vəliəhd Məhəmməd bin Salmanı şübhə altına alan gözlənilməz bəyanat səsləndirib. O, ABŞ kəşfiyyatının jurnalistin qətlini araşdırmaya davam etdiyini deyib. Əlavə edib ki, bu cinayətdə şahzadənin məlumatlı olduğunu istisna etmir:
"Vəliəhd şahzadənin bu dəhşətli hadisədən xəbərdar olma ehtimalı var. Bəlkə bilirdi, bəlkə bilmirdi".
Tramp, eyni zamanda, “bir əllə vurub, digəri ilə tumarlamaq”,- taktikasını bu bəyanatında da unutmayıb. O, bəyan edib ki, Kaşıqcının qətli məsələsində ABŞ fərqli yol da tuta bilər: "Kaşıqcının qətli qorxunc bir cinayətdir. Bu cinayətlə bağlı bütün gerçəklərin ortaya çıxmayacağı da mümkündür. Bizim üçünsə, əsas ABŞ-ın təhlükəsizliyidir. Təhlükəsizliyimiz ön planda olduğu müddətdə bütün fikirlərə açıq olacağıq".
Tramp daha sonra bildirib ki, Səudiyyə Ərəbistanı İrana qarşı savaşda ABŞ-ın əsas müttəfiqidir: "Biz öz mənfəətlərimiz, həmçinin İsrail və bölgədəki digər müttəfiqlərimiz üçün Səudiyyə Ərəbistanı ilə sarsılmaz tərəfdaş olmağa davam etmək istəyirik. Ötən il Ər-Riyada səfərimdə böyük bazarlıq nəticəsində ABŞ-a 450 milyard dollar sərmayə qoymalarına razı oldular. Bu, rekord məbləğdə vəsaitdir".
Yeri gəlmişkən, xatırladaq ki, buna qədər Tramp Kaşıqcının qətli ilə bağlı vəliəhd Məhəmməd bin Salmanın adının hallanmasını qətiyyətlə rədd edirdi. O, hətta "səs yazısının olması hələ onun günahkar olması demək deyil", - bəyanatını da vermişdi.
Onun son açıqlaması isə göstərir ki, Tramp Ər-Riyad rejimi ilə daha bir "böyük bazarlığa" getməklə, jurnalistin qətlini arxa plana keçirə bilər. Hər halda "ikibaşlı" açıqlamalardan bu məqsəd açıq görünür...
“Reytinq” xəbər verir ki, Trampın məhz bu bəyanatı dünyanın məşhur təhlilçilərinin diqqətini daha şox cəlb edib.
Məsələn, Marko Karnelos “Middle East Eye”də Trampın bu bəyanatından “yola çıxaraq” təhlil aparıb. O da belə qənaətə gəlib ki, ABŞ bu qətldən yararlanmaqla, Səudiyyə şahzədəsi, vəliəhd Məhəmməd bin Salmanı 450 milyardlıq “ticarət”lə cəzalandırmaq istəyir.
Maraqlı olacağını nəzərə alıb, həmin təhlili oxucularımıza təqdim edirik:
ABŞ prezidenti Donald Trampın Səudiyyə jurnalisti Camal Kaşıqcının öldürülməsi ilə bağlı son bəyanatı siyasi səmimiyyətin bir nümunəsidir. Baxmayaraq ki, tam yanlış təhlildir.
Tramp amerikalı prezidentlərin Səudiyyə Ərəbistanı haqqında sıradan bir, mənasız və ümumi sözlərdən ibarət ritorikasından uzaqlaşıb. O, çox aydın şəkildə Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın Kaşıqcının öldürülməsi əmrini verdiyini, səltənətin İrana qarşı müqavimət mərkəzi olduğunu, Amerikadan silah almasını və Amerika maraqlarına uyğun neft qiymətlərinə nəzarətə kömək etdiyini deyib.
Başqa sözlə, insan haqları və qanunun aliliyi kimi Amerika dəyərləri, Amerika maraqları ilə toqquşduqda, Tramp sonuncuları seçəcək.
Əslində, Trampın bəyanatı ABŞ-ın Kaşıqçı faylında Səudiyyə şahzadəsini müdafiə edəcəyini birbaşa təsdiqləyir.
Şərhin ilk cümləsi: “Dünya çox təhlükəli yerdir!” Vəziyyət, yəqin ki, yalnız hazırkı beynəlxalq vəziyyət üçün düzgündür. Əlbəttə, Birləşmiş Ştatların prezidenti bu vəziyyətə görə əhəmiyyətli dərəcədə məsuliyyət daşıdığını unudur.
Səudiyyə Ərəbistanının Yəməndə apardığı müharibə, Fələstin-İsrail münaqişəsi, Əfqanıstanda və İraqda ABŞ-ın zəhərli irsi qərəzə yalnız bir neçə misaldır.
Amerikanın mövqeyi təhlükə yaradır, onun üçün bütün yollar Tehrana gətirib çıxarır.
Yəmən münaqişəsinə istinad olduqca təəccüblüdür: “İranlılar tərk etməyə razılaşdıqda, Səudiyyə Ərəbistanı məmnuniyyətlə Yəməndən çəkiləcək”.
Terrorizm haqqında prezidentin baxışı daha da təəccüblüdür. O, İranı “terrorun aparıcı sponsor”u hesab edir və bu sahədə Səudiyyə Krallığının səylərinə istinad edir: “Səudiyyə Ərəbistanı radikal İslam terrorçuluğu ilə mübarizə aparmağa trilyonlarla dollar xərcləməyə razılaşıb”.
Təəssüf ki, Səudiyyə Ərəbistanı indiyə qədər olduğu kimi, bunun əksini isbatlayır.
Qüsurlu təhlillərdən başqa, Trampın bəyanatı real siyasətin qeyri-adi bir nümayişidir. Dünya çox təhlükəli bir yer olduğundan, ABŞ, nə olursa-olsun, Səudiyyə Ərəbistanını dəstəkləməyə davam edəcək. Lakin Trampın bəyanatının əsl məqsədi bu dəstək üçün ödəniləcək məbləğdir.
Bəyanatla Səudiyyə Ərəbistanına göndərilən gizli mesaj isə ABŞ-a 450 milyard dollar “sərmayə yatırmaq” tələbi sayıla bilər.
Ötən il Trampın Səudiyyə Ərəbistanına səfəri və Səudiyyə şahzadəsinin ABŞ-a səfərləri əsnasında müzakirə olunmuş astronomik məbləğ.
Tramp müqavilələrin tərtib edilməsində və imzalanmasında tələsir!
Tramp CIA-nın Kaşıqcının qətlində MBS məsuliyyətini müəyyən etdiyini bilir:
“Bizim kəşfiyyat agentlikləri bütün məlumatları qiymətləndirməyə davam edir, amma çox güman ki, şahzadə bu faciəli hadisə barədə məlumatlı idi və bəlkə də onun qarşısını almayıb!”.
CIA-nın müəyyən seqmentləri hələ də keçmiş vəliəhd bin Naiflə əməkdaşlığın xiffətini çəkir və Trampın vəliəhdi xilas etmək planını çətinləşdirə bilərlər.
Amma Tramp, ABŞ kəşfiyyat təşkilatlarının Rusiya kəşfiyyatının 2016-cı ildə ABŞ prezident seçkiləri əsnasında Demokratlar Partiyasının serverini “hack” etdməsini şühbəyə aldığı kimi bunu da şübhəyə ala bilər.
Məsələləri daha da pisləşdirən ikipartiyalı bir qrup senatorun Trampa məktub göndərərək, Kaşıqcının itməsi barədə araşdırma tələb etməsidir.
Respublika senatorlar Bob Korker və Lindsi Qraham və demokrat Bob Menendez və Patrik Lihinin yazdığı məktub Qlobal Maqnitski Aktı əsasında Kaşıqcı cinayətinin araşdırılmasını gündəmə gətirir.
Qanun insan haqlarının pozulmasına görə ölkəyə və ya fərdlərə qarşı sanksiya tətbiq etməyə imkan verir. Başqa sözlə, Məhəmməd bin Salmanın xilası asan olmayacaq. Buna görə də, Kaşıqcı faylı davam edəcək.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:56
Ağdərə və Ağdama növbəti köç karvanı gedib
Bu gün, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
Dünən, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Dünən, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Dünən, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Dünən, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Dünən, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Dünən, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır