Şəhidlərlə vida mərasimi keçirilir - (Yenilənib) - Fotolar
Tarix: 07-05-2024 14:43 | Bölmə: Siyasət
Şəhidlərlə vida mərasimi keçirilir - (Yenilənib)

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi olacaq.

Məlumata görə, onlardan biri - Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn ediləcək.

Qayımov Elşad Şirin oğlu Xaçmaz rayonunun Hacıqurbanoba kəndində, Səfərov Asim Nadir oğlu Qəbələ rayonunun Qəmərvan kəndində, Həsənov Vüqar Telman oğlu isə Sabirabad rayonunun Muğangəncəli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edən G. Dadaşov, E. Qayımov və A. Səfərov Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi basdırılmışdı. V. Həsənovun qalıqları isə Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb(Report).

***

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşən Şirin oğlu Qayımovun meyitinin qalıqları Xaçmaz Xaçmaz rayonunun Hacıqurbanoba kəndində torpağa tapşırılıb.

Xatırladaq ki, E.Qayımov 1974-cü il yanvarın 8-də Xaçmaz rayonunun Hacıqurbanoba kəndində doğulub. 1992-ci ildə hərbi xidmətə yollanıb. Qəhrəman döyüşçü 1994-cü il fevralın 19-da şəhidlik zirvəsinə ucalıb.






Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}