Azərbaycan və Belarusun XİN rəhbərləri görüşüb - Fotolar
Tarix: 15-05-2024 13:33 | Bölmə: Siyasət
Azərbaycan və Belarusun XİN rəhbərləri görüşüb

Azərbaycan və Belarus xarici işlər nazirlərinin geniştərkibli görüşü keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Azərbaycanın xarici işlər naziri Bayramov Ceyhun və Belarusun xarici işlər naziri Sergey Aleynik iqtisadiyyat, nəqliyyat, sənaye, kənd təsərrüfatı və s. sahələrdə strateji tərəfdaşlığın perspektivlərini müzakirə etmək üçün geniş tərkibdə görüşüblər. Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi təşəbbüsləri, münaqişədən sonrakı regional vəziyyət, həmçinin Azərbaycanın COP29-a sədrliyi barədə fikir mübadiləsi aparılıb.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}