17:55 / 24-10-2024
İranda zəlzələ baş verib
12:55 / 24-10-2024
Sabah yağış yağacaq
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
Tarix: 13-06-2024 21:24 | Bölmə: Gündəm
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

İyunun 13-ü saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 12-si saat 10:05-dən 17:50-dək Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}