İsrail İranı bombalayıb - (Yenilənib+)
Tarix: 26-10-2024 07:55 | Bölmə: Slayd
İsrail İranı bombalayıb - (Yenilənib+)

İsrail İrana hücum edib.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, İsrail oktyabrın 1-dəki hücuma cavab olaraq şənbə günü səhər tezdən İrana hücuma keçib.

İran İslam Respublikasının paytaxtı Tehranda da partlayış səsləri eşidilib.

***

İsrailin ordusu İranın hərbi obyektlərinə zərbələr endirib.


Bu barədə İsrailin ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: "İran rejiminin İsrail dövlətinə qarşı aylarla davam edən davamlı hücumlarına cavab olaraq, hazırda İsrail Müdafiə Ordusu İrandakı hərbi obyektlərə dəqiq zərbələr endirir".

***

İsrail ordusunun İrana hücumu başa çatıb.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu yayıb.

Təyyarələrin sağ-salamat İsrailə qayıtdığı bildirilir.

***

İsrailin İrana hava hücumları nəticəsində dörd əsgər həyatını itirib.


İran mətbuatı yazır ki, İslam Respublikası Ordusundan Məhəmməd Mehdi Şahruxi, Həmzə Cahandide, Səccad Mənsuri və Mehdi Nəqəvi şənbə günü İsrailin hücumlarında həlak olublar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər