00:24 / 23-03-2025
Azərbaycan millisi uduzub
00:23 / 23-03-2025
Əli Kərimlinin mühafizəçisi saxlanılıb
23:15 / 22-03-2025
Ramazanın 23-cü gününün duası - İmsak və iftar vaxtı
21:55 / 22-03-2025
Dünya şöhrətli memarın yeni layihəsi Tbilisidə reallaşacaq - Fotolar
13:01 / 22-03-2025
Külək güclənəcək, dolu və qar yağacaq
12:28 / 22-03-2025
Qar uçqununda həlak olmuş əsgərlərimizlə vida mərasimi keçirilib - Foto
12:12 / 22-03-2025
Jurnalist Etibar Cəbrayıloğluya ağır itki üz verib
11:58 / 22-03-2025
Qazaxıstanda unikal festival keçirilir
11:52 / 22-03-2025
9 May paradında kimlər iştirak edəcək?
11:48 / 22-03-2025
Roma Papasının dili tutulub?
11:40 / 22-03-2025
Tramp: “Tesla” vandalları cəzalandırılacaq!
11:30 / 22-03-2025
Azərbaycan Qırğızıstana yardım göndərib - Foto
11:04 / 22-03-2025
Ağdamda silahlı şəxs tutulub
23:33 / 21-03-2025
Məsud Pezeşkian İlham Əliyevə məktub yazıb
20:11 / 21-03-2025
Çin lideri Azərbaycan prezidentinə təbrik məktubu göndərib
17:50 / 21-03-2025
Qar uçqununa düşən əsgərlərimizin meyiti tapılıb - (Yenilənib) - Foto
15:03 / 21-03-2025
Putin İlham Əliyevi təbrik edib
14:39 / 21-03-2025
Ərdoğan İlham Əliyevə məktub göndərib
13:47 / 21-03-2025
Quzu əti - Hekayə
12:30 / 21-03-2025
Ərdoğan: Fələstinlilərə dəstəyimizi davam etdirəcəyik
12:20 / 21-03-2025
Paşinyan tələsir, Bakıda niyə belə astagəldirlər?
12:09 / 21-03-2025
Sabahın hava proqnozu açıqlanıb
12:05 / 21-03-2025
Mirzoyan əsassız iddialar səsləndirir
11:33 / 21-03-2025
Ordumuzun mövqeləri üç istiqamətdən atəşə tutulub
11:13 / 21-03-2025
Yubilyar diplomata dini orden veriblər
11:09 / 21-03-2025
“DR” “prezidenti” Kiyevlə razılaşmadan danışıb
11:04 / 21-03-2025
Ukrayna Krımı hədəfə alıb?
11:00 / 21-03-2025
Fazil Mustafaya sui-qəsdə görə tutulmuş Səricanovun oğlunu da həbs ediblər
10:54 / 21-03-2025
Birlik rəhbəri barəsində ev dustaqlığı tədbiri seçilib
09:45 / 21-03-2025
Rayonlara qar yağıb
21:41 / 18-03-2025

18:30 / 18-03-2025

20:37 / 20-03-2025

17:50 / 21-03-2025

15:21 / 18-03-2025

15:50 / 18-03-2025

18:02 / 18-03-2025

12:20 / 18-03-2025

21:19 / 19-03-2025

08:06 / 18-03-2025

00:06 / 20-03-2025

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı keçirilib - (Yenilənib)
Tarix: 13-02-2025 19:38 | Bölmə: Siyasət

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb.
Reyting.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.
Hazırda iş üzrə Ruben Vardanyana yenidən hüquqları izah olunur. O, tərcüməçi və vəkillə təmin olunub.
Prokurorların bu gün ittiham aktının nəticəvi hissəsinin elanının başa çatdırılacağı gözlənilir.
Qeyd edək ki, ötən proses Ruben Vardanyan və müdafiəçiləri qaldırılan vəsatətlərin təmin olunmamasını əsas gətirərək işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu bildirib və məhkəmə tərkibinə etiraz edib.
Məhkəmə onun əsassız sayıb və etirazını təmin etməyib.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.
***
Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə fevralın 13-də məhkəmə prosesinin baxış iclası davam etdirilib.
Reyting.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün vəkillər ilə təmin olunub.
Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.
İclasın əvvəlində Ruben Vardanyan və onun hüquqlarını müdafiə edən vəkil Avraam Berman konfidensial görüş üçün şərait yaradılmasını məhkəmədən xahiş edib.
Məhkəmə vəsatəti təmin edib və konfidensial görüş üçün fasilə elan olunub.
Fasilədən sonra Ruben Vardanyan ona dövlət tərəfindən təyin olunan müdafiəçi Azər Məhərrəmovdan imtina etdiyini və hüquqlarının müdafiəsinin müqavilə üzrə vəkili Avraam Berman tərəfindən davam etdiriləcəyini bildirib.
İttiham tərəfi və zərərçəkmiş şəxsin nümayəndəsi vəsatətə etiraz etməyib.
Məhkəmə yerində müşavirə edərək vəsatəti təmin edib.
Sonra iclas dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən ittiham aktının nəticəvi hissəsinin elan olunması ilə davam edib.
Budəfəki məhkəmə iclasında ittiham aktının Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində Azərbaycan Ordusunun müdafiə arsenalına, Azərbaycan Respublikasının ekologiyasına və təbiətə vurulmuş ziyan, Azərbaycanın işğal altında olan suveren ərazilərinin minalanmasına dair epizodlar, Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar, habelə öldürülmüş və öldürülməsinə cəhd olunmuş mülki şəxs və hərbi qulluqçuların sayı elan edilib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli Ermənistan tərəfindən aparılan təcavüzkar müharibənin gedişində iştirak edən cinayətkar təşkilat tərəfindən Azərbaycan Ordusunun müdafiə arsenalına, Azərbaycanın ekologiyasına və təbiətə vurulmuş ziyanı, habelə öldürülmüş və öldürülməsinə cəhd göstərilmiş mülki şəxs və hərbi qulluqçuların sayını elan edib.
Bildirilib ki, 1980-ci illərin sonlarından 2023-cü il sentyabrın 20-dək Azərbaycanın işğal olunmuş ərazilərində ağacları, kolları və digər yaşıllıqları məhv etməklə, su mənbələrini, su hövzələrini və su anbarlarını çirkləndirməklə, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqları dağıtmaqla Azərbaycan Respublikasının ekologiyasına və təbiətə ümumilikdə 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub.
1988-2024-cü illər ərzində ümumilikdə 3053 nəfəri mülki, 15 min 298 nəfəri hərbi qulluqçu, 17 min 607 nəfəri kişi, 744 nəfəri qadın, onlardan 401 nəfəri uşaq olmaqla, cəmi 18 min 351 şəxs qəsdən öldürülüb, ümumilikdə 3710 nəfəri mülki, 51 min 467 nəfəri hərbi qulluqçu, 54 min 103 nəfəri kişi, 1074 nəfəri qadın, onlardan 457 nəfəri uşaq olmaqla, cəmi 55 min 177 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Azərbaycan Respublikasına qarşı aparılmış təcavüzkar müharibə dövründə Azərbaycan Ordusunun müdafiə arsenalına 908 milyon manatdan artıq məbləğdə qəsdən maddi ziyan vurulmaqla hərbi əmlakları məhv edilib, yararsız hala salınıb və ələ keçirilib.
Daha sonra Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov təqsirləndirilən şəxs Ruben Vardanyana irəli sürülmüş konkret ittihamları elan edib.
O cümlədən bildirilib ki, ittiham aktına əsasən Ruben Vardanyan 2022-ci ilin sentyabrında Azərbaycan Respublikasının dövlət sərhədini dövlətin nəzarət-buraxılış məntəqələrindən kənar Ermənistan Respublikasının ərazisindən Laçın rayonu istiqamətində qanunsuz keçərək Azərbaycan ərazisinə daxil olub, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə məskunlaşıb.
O, özünə və müxtəlif xarici ölkələrin vətəndaşlarına aid pul vəsaitlərini həmtəsisçisi olduğu “humanitar məqsədli” pərdəsi altında fəaliyyət göstərən “Avrora” fondu, “Biz - dağlarımızıq” təşkilatı və sair yardım aksiyaları adı altında toplayaraq həmin vəsaitlər hesabına Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları maddi cəhətdən təmin, əsgəri ləvazimatla təchiz edib, hərbi silah və texnikanı qanunsuz əldə edərək Azərbaycana qanunsuz gətirməklə əvvəlcədən xüsusi təşkil etdiyi hərbi anbarlarda saxlayıb.
Bundan başqa, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan “yerli özünümüdafiə dəstələri” adlandırdığı, habelə əsasən peşəkar hərbçilərdən ibarət digər silahlı dəstə və qrupların üzvlərinə aylıq muzd ayıraraq verib. Həmçinin “VoMa” adlı terror təşkilatının yaradıcısı Vartanov Vladimir (Vova) Levanoviçlə sövdələşərək həmin təşkilatın təlimatçıları tərəfindən Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq əməllərinin törədilməsi məqsədilə təlimlərin keçirilməsinin təşkil edilməsi üçün pul vəsaitlərini verib.
Habelə Azərbaycanın işğal altında olan suveren ərazilərində mülki və hərbi obyektlərə qarşı istifadə edilməsi üçün idarəolunan zenit raketlərinin və komplekslərinin, hədəflərin aşkarlanması stansiyalarının, akkumulyator və radioötürücü blokların, digər qurğuların kütləvi istehsalının qurulması, bununla əlaqədar birgə müəssisənin yaradılması məqsədilə Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən “AKVA” şirkətinin məsul şəxsləri ilə danışıqlar aparmaqla sövdələşib. Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz silahlı birləşmələr tərəfindən istifadəsi nəzərdə tutulan helikopter tipli pilotsuz uçuş aparatlarının (PUA) alınması və onları istehsal edəcək zavodun inşa edilməsinə, habelə radioelektron mübarizə sisteminin alınaraq qanunsuz silahlı birləşmələrə çatdırılmasına dair danışıqlar apararaq müvafiq tapşırıqlar verib.
Eyni zamanda, Ruben Vardanyan şəxsən tərtib etdiyi fəaliyyət planında Azərbaycanın xarici ölkələrdə olan diplomatik korpusunun nümayəndələri, xidməti vəzifələrini və ictimai borcunu yerinə yetirən vətəndaşlarına qarşı terrorçuluq törədilməsi üçün “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsünü irəli sürüb.
İttihamın elan olunmasını davam etdirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev, həmçinin dövlət ittihamçıları Fuad Musayev, Vüsal Abdullayev və Təranə Məmmədova Ermənistan dövləti tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərinin minalanması və bu yolla hərbi təcavüzün davam etdirilməsi faktlarını səsləndirib. Xüsusilə vurğulanıb ki, işğal olunmuş ərazilərdə basdırılan minaların bir hissəsi Ermənistanda istehsal olunub.
İttiham aktının həcminin böyük olması nəzərə alınaraq, elan edilməsinin növbəti prosesdə davam etdiriləcəyi bildirilib.
Məhkəmənin növbəti iclası fevralın 17-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur(Report).
Bölməyə aid digər xəbərlər

21-03-2025, 12:30
Ərdoğan: Fələstinlilərə dəstəyimizi davam etdirəcəyik
20-03-2025, 20:23
Erməni deputat Səməd Seyidovla görüşmək istəyir
19-03-2025, 23:13
Ceyhun Bayramov Niderland XİN başçısı ilə müzakirə aparıb
19-03-2025, 21:19
Ermənilər Azərbaycana qarşı növbəti təxribata əl atıb
19-03-2025, 15:11
Avropaya sülh masasında oturmaq vədi veriblər
19-03-2025, 12:11
Putin Trampın təklifi ilə razılaşmır
19-03-2025, 11:50
Tramp Rusiyanın qaçırdığı ukraynalı uşaqları izləyən proqramı bağlayıb
19-03-2025, 08:35
Tramp: USAID fırıldaqçılıqla məşğul olub
18-03-2025, 21:41
Tramp ilə Putin arasında telefon danışığı olub - (Yenilənib)
18-03-2025, 16:27
Məzahir Pənahov: Seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılacaq
18-03-2025, 12:58
Tramp Odessa limanını Rusiyaya verməyə razılaşa bilər
18-03-2025, 11:40
ABŞ Krımı Rusiya ərazisi kimi tanıya bilər
18-03-2025, 08:19
Moskva NATO sülhməramlılarını qəbul etməyəcək - Politoloq
17-03-2025, 17:00
Ceyhun Bayramov Fələstinin Azərbaycandakı səfirini qəbul edib
17-03-2025, 15:14
Mövqelərimiz yenidən atəşə tutulub
17-03-2025, 12:59
ABŞ Rusiyanın təcavüzü ilə bağlı cinayətləri araşdırmayacaq
17-03-2025, 09:29
Qurban Məmmədov Baş Prokurorluğa çağırılıb
17-03-2025, 09:05
Qruşko: Sülhməramlılar barədə söhbətlər absurddur
16-03-2025, 18:33
Türkiyə və ABŞ prezidentləri qlobal məsələləri müzakirə ediblər
16-03-2025, 00:16
Tramp generalı Ukraynaya xüsusi elçi təyin edib
15-03-2025, 19:40
Mərkəz rəhbəri barəsində axtarış elan edilib
15-03-2025, 10:59
Azərbaycan Qırğızıstan və Tacikistanın qərarını alqışlayır
15-03-2025, 00:15
Türkiyə XİN: "Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir"
14-03-2025, 21:21
Arayik Harutyunyan Bakıda məhkəmə zalında: "Qondarma rejimdə “bank sistemi”..." - Fotolar
14-03-2025, 18:53
Rusiya daha üç məşhuru "xarici agent" elan edib - Fotolar
14-03-2025, 17:38
Avropa İttifaqı Şurasının sabiq prezidenti Bakıya gəlib
14-03-2025, 14:48
85 Nobel mükafatçısı Nərgiz Məhəmmədiyə azadlıq istəyir
14-03-2025, 14:22
Putin Trampın xüsusi nümayəndəsini qəbul edib
14-03-2025, 12:04
Mirzoyan: "Sülh sazişi imzalandıqdan sonra ATƏT-ə ehtiyac qalmayacaq"
14-03-2025, 10:06
BMT-nin Ali Komissarlığı Vardanyan işi üzrə yekun rəyini açıqlayıb
14-03-2025, 08:14
Trampın xüsusi nümayəndəsi Moskvadan geri dönüb
14-03-2025, 00:35
Zelenski: Putin faktiki olaraq atəşkəsdən imtina edir
13-03-2025, 23:25
Makron: "Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılışmasını alqışlayıram"
13-03-2025, 23:13
Məhkəmə işi: Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan, Babayan və digərləri ifadə verir - Fotolar
13-03-2025, 17:50
Ermənistan XİN: Azərbaycanla sülh sazişi imzalanmağa hazırdır
13-03-2025, 12:13
Putin atəşkəs təklifinə bu gün cavab verə bilər
13-03-2025, 12:00
Türk xanım Trampın komandasında yüksək vəzifəyə namizəddir
13-03-2025, 08:51
Moskvaya kütləvi hücumda Avropanın iki ölkəsi iştirak edib
12-03-2025, 18:54
Azərbaycan və İran XİN başçıları regional məsələləri müzakirə ediblər
12-03-2025, 13:11
Ukrayna-ABŞ razılaşmasının memarı Londondur
12-03-2025, 11:54
Ceyhun Bayramov Şimali Makedoniya XİN başçısı ilə görüşüb - Fotolar
12-03-2025, 10:38
Elmira Axundova: "...ürəyim sızıldayır, içim qan ağlayır”
12-03-2025, 08:35
Ankaranın vasitəçilik planları müzakirə edilir
11-03-2025, 19:56
Erməni şahid Bakıda Ruben Vardanyanın məhkəməsində ifadə verib - (Yenilənib) - Fotolar
11-03-2025, 19:37
Ermənistan Azərbaycanla müharibəyə hazırlaşır
11-03-2025, 16:24
Ceyhun Bayramov Astanada Tokayevlə görüşüb
11-03-2025, 12:24
Paşinyan: Əliyevin tələbindən imtina etsək, müharibə qaçılmaz olacaq