Jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb
Tarix: 26-02-2025 13:11 | Bölmə: Slayd
Jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb

Bu gün jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) həbsdən azad edilib.

Reyting.az
xəbər verir ki, Xətai Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə vəsatəti təmin edib, onun ev dustaqlığına buraxılması barədə qərar verib.

Qeyd edək ki, Şahnaz Bəylərqızı fevralın 5-də "Toplum TV" işi çərçivəsində saxlanılıb. Xətai Rayon Məhkəməsi onun barəsində 3 ay 15 gün müddətində həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və digər maddələri ilə ittiham irəli sürülüb.




Bölməyə aid digər xəbərlər