Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Tarix: 26-02-2025 15:21 | Bölmə: Slayd
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyənin inkişafı naminə prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Dövlət başçıları ölkələr arasında “Bir millət, iki dövlət” prinsipinə əsaslanan dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirərək, əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.




Bölməyə aid digər xəbərlər