Dövlət saytlarına kütləvi hücum var
Tarix: 26-02-2025 16:31 | Bölmə: Xəbərlər
Dövlət saytlarına kütləvi hücum var

"Bir neçə gündür ki, Azərbaycanda dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur".

Reyting.az
 xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, Xidmət tərəfindən kiberhücumların qarşısının alınması və dövlət informasiya ehtiyatlarının fasiləsizliyinin təmin edilməsi üçün zərərli trafikin təmizlənməsi istiqamətində işlər davam etdirilir: "Bununla bağlı bəzən real IP ünvanlar da anomal trafik kimi blok siyahısına düşə bilir. Anomal trafikin təmizlənməsi zamanı dövlət informasiya ehtiyatlarından istifadə edən vətəndaşlardan onlara məxsus IP ünvanlarda yarana biləcək qısa müddətli müvəqqəti bloklamaları nəzərə almaları xahiş olunur".




Bölməyə aid digər xəbərlər