Ukrayna ordusu yaşayış məntəqəsini azad edib
Tarix: 26-02-2025 14:11 | Bölmə: Xəbərlər
Ukrayna ordusu yaşayış məntəqəsini azad edib

Pokrovsk istiqamətində Ukrayna Müdafiə Qüvvələri Kotlino kəndini nəzarətə götürüb.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna ordusunun tərkib hissəsi olan “Xortitsa” qüvvələrinin əməliyyat-strateji qrupu məlumat yayıb.

Bildirilir ki, hücum əməliyyatları zamanı ukraynalı desantlar Pokrovsk yaxınlığındakı Kotlino kəndini təmizləyiblər. Bu kəndin işğalı ruslara Pokrovsk-Dnepr magistral yoluna çatmağa imkan verərdi, buna görə də ruslar həmin vaxt onu ələ keçirmək üçün xeyli qüvvə göndərmişdi.

Ukrayna tərəfi bəyan edir ki, rus ordusuna Kotlinoda möhkəmlənməyə imkan verilməyib və kənddən qovulublar.

ELÇİN




Bölməyə aid digər xəbərlər