Zülfüqarov: İstanbulda baş verənlər Ərdoğana təzyiq cəhdidir
Tarix: 20-03-2025 11:37 | Bölmə: Slayd
Zülfüqarov: İstanbulda baş verənlər Ərdoğana təzyiq cəhdidir

"Görünən odur ki, İstanbul hadisələri ilə Suriyadakı son hadisələr bir-birinə bağlıdır. Bu gün Latakiyadakı üsyana birbaşa Rusiya hərbi bazalarının ərazisindən nəzarət edildiyinin təfərrüatları ictimaiyyətə məlum olub".

Reyting.az
xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, eyni zamanda, cənubda vətəndaş müharibəsi başlayandan İsraillə əməkdaşlıqda ittiham olunan ifrat sağçı radikallar fəallaşıb.

T. Zülfüqarov əlavə edib ki, ən əsası, şimal-şərqdəki bölgələrdən paytaxt istiqamətində Qırmızı Ordunun nəzarətində olan qüvvələrin hücumu başladı: “Nəticədə, “qərbli” oyunçular İran-Rusiya qüvvələri ilə koordinasiyada türkyönümlü Əl-Şaraa müvəqqəti hökumətini devirməyə cəhd etdilər. Və bu gün İstanbulda baş verənlər Ərdoğana təzyiqi davam etdirmək cəhdidir. Hesab edirəm ki, bu hadisələri 3 ildən sonra keçirilməsi planlaşdırılan və Ərdoğanın iştirak etməyəcəyi seçkilərlə əlaqələndirmək ictimaiyyəti çaşdırmaq cəhdidir".

E. KAMAL




Bölməyə aid digər xəbərlər