00:07 / 04-06-2025
Kanak lideri və fəalları azadlığa buraxılıb
22:52 / 03-06-2025
Netanyahu İlham Əliyevə məktub göndərib
20:34 / 03-06-2025
Baş məşqçi komandadan ayrılıb
20:02 / 03-06-2025
Vardanyan yenidən hakim qarşısına çıxarılıb - Yenilənib
18:26 / 03-06-2025
Baş nazir istefa verib
18:11 / 03-06-2025
Günəşə bənzər ulduzun ətrafında su tapılıb
18:01 / 03-06-2025
SOCAR-la Macarıstanın “MOL Group” şirkəti arasında saziş imzalanıb
17:32 / 03-06-2025
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
17:26 / 03-06-2025
Dünyanın bir hissəsi su altında qalacaq
17:21 / 03-06-2025
Lerik sakinin meyiti 70 metrlik dərinlikdəki dərədə tapılıb
17:09 / 03-06-2025
"Sumqayıt" klubu bir neçə futbolçusu ilə vidalaşıb
16:55 / 03-06-2025
Abşeronda qadın narkotiklə saxlanılıb
16:43 / 03-06-2025
META İranda Azərbaycan əleyhinə işləyən 60 səhifəni silib
16:12 / 03-06-2025
Bölgələrdə küləkli və yağıntılı hava şəraiti davam edir
16:01 / 03-06-2025
Pezeşkian Azərbaycana təyin olunan səfiri qəbul edib
15:56 / 03-06-2025
“İstənilən adamın telefonuna girə bilərdik” deyən hakerə hökm oxunub
15:36 / 03-06-2025
Xankəndiyə dolu düşüb
15:33 / 03-06-2025
Aparıcı Mətanət Əliverdiyeva: "Qiyməti 3-5 manata qaldırmaq nə deməkdir?"
15:21 / 03-06-2025
15 yaşlı şagird məktəbin 3-cü mərtəbəsindən yıxılıb
15:18 / 03-06-2025
Müharibə daha təhlükəli fazaya keçib
15:05 / 03-06-2025
Peskov: "Putin bu ideyanı dəstəkləyir, lakin..."
14:23 / 03-06-2025
Azərbaycanın Keniyada səfirliyi açılıb
14:05 / 03-06-2025
Prezident Dövlət Agentliyinə 1.5 milyon manat ayırıb
13:47 / 03-06-2025
Qarşıdurma sərhədləri: İran və Türkiyə təsir mübarizəsində nə qədər uzağa gedəcək?
13:27 / 03-06-2025
ABŞ Suriyadakı üç hərbi bazasını tərk edib
13:10 / 03-06-2025
Meşə fondunda tikinti aparılması qaydası dəyişib
13:05 / 03-06-2025
Deputat: "Elm və təhsillə bağlı strategiya hədəfinə çatmayıb"
12:59 / 03-06-2025
Sabah yağış yağacaq
12:57 / 03-06-2025
Xurşudbanu Natəvanın şərəfinə mükafat təsis olunub
10:14 / 01-06-2025

21:33 / 30-05-2025

16:52 / 31-05-2025

18:30 / 30-05-2025

14:10 / 30-05-2025

12:15 / 02-06-2025

12:44 / 30-05-2025

08:17 / 30-05-2025

15:47 / 01-06-2025

11:35 / 30-05-2025

18:57 / 30-05-2025

İlham Əliyev milli komandamızın üzvlərini qəbul edib - Yenilənib
Tarix: 02-06-2025 16:57 | Bölmə: Gündəm

Azərbaycan prezidenti İlham Əliyev iyunun 2-də Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.
Reyting.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Qeyd edək ki, Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Matç Azərbaycan yığmasının 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
***
Prezidenti İlham Əliyev iyulun 2-də Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.
Reyting.az xəbər verir ki, dövlətn başçısı görüşdə çıxış edib:
Prezident İlham Əliyevin çıxışı
- Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatı dünən başa çatdı. Azərbaycan milli komandası bütün oyunlarda peşəkarlıq, qələbə əzmi göstərərək dünya çempionu titulunu qazanmışdır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. İlk növbədə, komandanın oyunçularını, məşqçilərini, mütəxəssislərini, Minifutbol Federasiyasını və bu qələbədə iştirak etmiş bütün insanları təbrik edirəm. Siz Azərbaycan xalqına yeni qələbə sevinci bəxş etmisiniz! Dünya çempionu olmaq böyük şərəfdir və böyük məharət tələb edir, xüsusilə komanda idman növündə. Bu, artıq gözəl tarixdir. Bu tarixi yazan da sizsiniz və şadam ki, Azərbaycanda minifutbol üzrə belə güclü oyunçularımız var.
Çempionatı izləyənlər öz gözləri ilə bizim oyunçularımızın tam üstünlüyünü görə biliblər. Mən oyunlarınızın son dördünü izləmişəm və tam əminliklə deyə bilərəm ki, bu qələbə ədalətli mübarizədə qazanılmış qələbədir. Siz bu qələbəyə layiqsiniz. Futbol meydançasında bütün rəqibləri üstələmisiniz və eyni zamanda, gözəl komanda ruhu nümayiş etdirmisiniz. Görürəm ki, oyunçular bir-birinə çox bağlıdır, bir ailə kimidir. Əlbəttə ki, komandada hökm sürən bu gözəl ab-hava, bu iqlim qələbənizi şərtləndirən amillərdən biridir, eyni zamanda, bütün tamaşaçılar da bunu əyani şəkildə görüblər.
Oyunu həm gimnastika arenasında izləyənlər, həm də televiziya vasitəsilə izləyənlər sizin qələbənizə ürəkdən sevinmişlər. Yenə də deyirəm, siz bu qələbəyə layiqsiniz və bütövlükdə qələbələr Azərbaycana yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər. Mən sizi ürəkdən təbrik edirəm.
Arzu edirəm ki, bu qələbələrin davamı olsun. Əlbəttə ki, bu titulu qorumaq o qədər də asan olmayacaq. Mübarizə çox gərgin gedirdi və təbii ki, dünya çempionatında təmsil olunan komandalar ən güclü komandalardır. Ancaq hesab edirəm ki, gələcəkdə xalqımızı sevindirmək və Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlamaq üçün sizin böyük imkanlarınız var. Bir daha sizi təbrik edirəm və bu qələbə sevincini xalqımıza bəxş etdiyiniz üçün Azərbaycan xalqı adından Sizə təşəkkürümü bildirirəm. Sağ olun.
x x x
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov deyib:
- Möhtərəm cənab Prezident, mən şəxsən bütün federasiya adından, futbolçular adından, məşqçi heyəti adından Sizə öz dərin təşəkkürümü bildirirəm ki, bu gün bizi qəbul edirsiniz. Doğrudan da bu gün bizim üçün həm şərəfli, həm də uğurlu bir gündür. Biz doğma divarlar arasında dünya çempionu olmuşuq. Bu, hər bir futbolçu üçün çox önəmli bir haldır. Sizə deyə bilərəm ki, bütün oyunlar zamanı bütün azarkeşlər bizi dəstəkləyirdi. Xalqımız televizorun önündə bizi dəstəkləyirdi. Əlbəttə ki, futbolçular da çox böyük zəhmət çəkdilər və hər bir oyunda bir ailə kimi ruhlarını, canlarını qoydular. Doğrudan da azarkeşlər onları irəli səsləyirdi.
Möhtərəm cənab Prezident, əlbəttə ki, Sizin idmana, gəncliyə, ümumiyyətlə bütün futbolsevərlərə, minifutbolsevərlərə verdiyiniz dəstək bizim uğurumuzun əsas sütunu idi. Bunu hər bir futbolçu bilir və Sizə dərin təşəkkürümüzü bildiririk.
Həmçinin Sizin sahibkarlara göstərdiyiniz dəstək göz önündədir. Onlar futbolun bu növünə yatırımlar edirlər. Bizim çox güclü çempionatımız var. Sponsorlar oraya dəstək göstərir. Əlbəttə ki, biz bu çempionatdan ən güclüləri yığaraq bu gün milli komanda yaratmışıq. Onlar həm Avropa çempionu, həm də dünya çempionu oldular. Son dəfə Siz bizi qəbul edərkən Sizə söz verdik ki, çalışacağıq yeni titullar, yeni uğurlar qazanaq. Bizim üçün çox şərəflidir ki, bu dünya kubokunu Sizin önünüzə gətiririk.
Sizə çox dərin təşəkkürümü bildirirəm, bu qələbəni biz xalqımıza, Vətənimizə, Sizə və hörmətli Mehriban xanıma həsr edirik. Çox sağ olun, Sizə çox təşəkkür edirəm, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun.
Milli komandanın baş məşqçisi Elşad Quliyev: Hörmətli Prezidentimiz, öz adımdan, komandanın adından təşəkkür edirəm ki, bizi dəvət etmisiniz. Biz 2022-ci ildə də Avropa çempionu olanda Siz bizimlə səmimi söhbət etdiniz və tapşırıqlarınızı verdiniz. O gündən sonra da biz çalışırdıq ki, yeni nailiyyətlər əldə edək. İnşallah, qismət oldu, dünən dünya çempionu olduq. Bunun üçün Sizə çoxlu təşəkkür edirik və xalqımıza, federasiyamıza, “Çox sağ ol!” deyirik. Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.
Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda deyib:
- Möhtərəm cənab Prezident, Azərbaycanı belə möhtəşəm təmsil edən bütün bu şəxslərlə birlikdə burada olmaq mənim üçün həqiqətən də şərəfdir. Sizin qarşınızda onları bu böyük uğur münasibətilə bir daha təbrik etmək və bu turniri Azərbaycana gətirdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istərdim.
Bu, zənnimcə, mənim Bakıya 8-ci səfərimdir. İlk dəfə 2017-ci ildə burada olmuşam, Azərbaycan Minifutbol Federasiyasından olan bu insanlarla görüşmüşəm. Deməliyəm ki, onlar həqiqətən də böyük iş gördülər. Onlar Avropa çempionluğunu, dünya çempionluğunu qazandılar. Mən Sizə növbəti çempionatlarda uğurlar arzulayıram. Bilirəm ki, Sizin qrafikiniz çox məşğuldur. Sizi bu gün başlayan “Bakı Enerji Həftəsi”ndə gördüm. Bizimlə və bütün bu şəxslərlə görüşmək imkanına görə təşəkkür edirəm. Ümidvaram ki, bu uğur sayəsində Azərbaycanda yeni nəsil minifutbolçular meydana çıxacaq. Çünki şübhəsiz ki, bu nailiyyətiniz Azərbaycanda minifutbolun inkişafına, xalqa və bütün cəmiyyətə müsbət töhfə verir.
Bildiyimə görə, Azərbaycan Minifutbol Federasiyası ölkədə minifutbol arenasına sahib olmaq üçün böyük səylər göstərir. Ümidvaram ki, Dünya Minifutbol Federasiyası və yerli hökumətlə birlikdə bu, uğurlu bir layihə olacaq. Çünki, şübhəsiz ki, bu insanlar 2022-ci ildə Avropa çempionluğu, 2025-ci ildə dünya çempionluğunu qazanmaqla buna həqiqətən də layiqdirlər. Onların burada cənab Prezidentin qarşısında olmaqları ilə fəxr edirəm.
Dəvətə görə təşəkkür edirəm, sizin hamınıza uğurlar arzulayıram.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Xoş sözlərə görə minnətdaram. Federasiya adından Azərbaycanda minifutbolun inkişafına verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Bu dəstək bizim üçün həqiqətən də qiymətlidir və biz Azərbaycanın beynəlxalq idman institutları ilə əməkdaşlığını yüksək qiymətləndiririk.
Əminəm ki, bu qələbə minifutbolun inkişafına növbəti təkan verəcək. Artıq Azərbaycan milli komandası bütün mümkün olan titulları qazanıb - Avropa çempionu, dünya çempionu. Əlbəttə ki, uşaqlar, yeniyetmələr, bax, bu qələbəyə sevinənlər - bizim gənc nəslimiz hesab edirəm ki, minifutbola daha böyük maraq göstərəcək və bu idman növünün inkişafı Azərbaycanda sürətlə gedəcək.
Milli komandamızın bütün üzvləri Azərbaycanda yetişdirilmiş gənclərdir. Bunun da xüsusi önəmi var. Yığma komandamızın müxtəlif inkişaf mərhələləri var idi və bu gün biz qələbə mərhələsində görüşürük. Təbii ki, xarici mütəxəssislərin, bəzən oyunçuların da müəyyən payı olub. Amma bu gün Azərbaycan milli komandası sırf Azərbaycanda doğulmuş, boya-başa çatmış gənclərdən ibarətdir və bu da xüsusi qürur hissi oyadır. Mən əminəm ki, bundan sonra da siz bizi sevindirəcəksiniz. Gələcəkdə çoxlu yarışlar var. Bildiyiniz kimi, indi Azərbaycanın bölgələrində idman qurğuları inşa edilir, inşaat geniş vüsət alıb və minifutbol meydançalarının da yaradılmasında böyük fayda olacaq, həm Bakıda, həm də bölgələrdə. Əminəm ki, federasiya dövlət qurumları ilə, sponsorlarla birlikdə bu sahədə növbəti uğurlu addımlar atacaqdır.
Bir daha sizi təbrik edirəm.
X X X
Sonda Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.

Bölməyə aid digər xəbərlər

Dünən, 14:23
Azərbaycanın Keniyada səfirliyi açılıb
Dünən, 14:05
Prezident Dövlət Agentliyinə 1.5 milyon manat ayırıb
2-06-2025, 16:57
İlham Əliyev milli komandamızın üzvlərini qəbul edib - Yenilənib
2-06-2025, 16:03
Prezident Avstriya ilə komissiyanın yeni tərkibini təsdiqləyib
2-06-2025, 15:11
Pakistanın energetika naziri Azərbaycana gəlib - Yenilənib
2-06-2025, 15:03
Prezident İlham Əliyev Məhəmməd Əbunəyyanı qəbul edib - Yenilənib
2-06-2025, 11:45
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə davam edir
2-06-2025, 11:08
İlham Əliyev İtaliya prezidentinə məktub göndərib
2-06-2025, 10:12
İlham Əliyev: "Bu, əslində, regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi"
2-06-2025, 08:47
Mehriban Əliyeva qalib komandamızla bağlı paylaşım edib - Fotolar
2-06-2025, 08:27
İstanbulda danışıqlar başlayır: Ankara Ukraynada atəşkəsə ümid edir
1-06-2025, 16:10
Bu gün I və IV ixtisas qrupları üzrə imtahan keçirilib - Yenilənib
1-06-2025, 09:12
Mehriban Əliyeva "Uşaqlar günü" ilə bağlı paylaşım edib - Foto
1-06-2025, 00:02
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
30-05-2025, 19:29
Azərbaycan və BƏƏ prezidentləri telefonla danışıblar
30-05-2025, 17:33
İki məcəlləyə dəyişiklik edilib
30-05-2025, 16:49
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
30-05-2025, 16:20
Milli Məclisin növbədənkənar iclası iyunun 3-də keçiriləcək
30-05-2025, 13:59
Milli Məclisin yaz sessiyasının sonuncu iclası başa çatıb
30-05-2025, 12:38
Ordumuzla bağlı yalan məlumat yayıblar
30-05-2025, 11:37
İlham Əliyev Şərq Komitəsinin sədrini qəbul edib - (Yenilənib) - Fotolar
30-05-2025, 11:10
Deputatlar prezidenti və birinci xanımı təbrik ediblər
30-05-2025, 10:33
Hərbi attaşelərin Naxçıvana səfəri təşkil edilib - Video
29-05-2025, 15:04
Baş nazirin Azərbaycana səfəri başa çatıb
29-05-2025, 12:40
Azərbaycan Ordusunun "Smerç” YARS bölməsi atışlar icra edib - Video
29-05-2025, 12:15
Bakıda erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə davam edir
28-05-2025, 09:42
Mehriban Əliyeva: "Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun!"
28-05-2025, 00:01
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
27-05-2025, 19:52
Laçında İlham Əliyevlə Şahbaz Şərif arasında görüş olub - Fotolar
27-05-2025, 14:56
İlham Əliyev Laçına səfər edib - (Yenilənib) - Fotolar
27-05-2025, 14:03
Şahbaz Şərif Azərbaycana gəlib
27-05-2025, 13:51
Laçında iki SES-in açılışı olub - Fotolar
27-05-2025, 13:27
Laçın aeroportunun açılışını üç ölkənin lideri edəcək
27-05-2025, 11:31
İlham Əliyev Laçın kanat yolunun təməlini qoyub - Foto
27-05-2025, 07:07
Kəngərliyə daha 50 ailə köçürülüb
26-05-2025, 20:52
Pakistanın baş naziri İlham Əliyevi təbrik edib
26-05-2025, 18:03
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
26-05-2025, 12:09
Prezident İsmayıllıda - (Yenilənib) - Fotolar
26-05-2025, 11:58
Si Cinpin İlham Əliyevə məktub göndərib
26-05-2025, 11:28
İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun tikintisi ilə tanış olub - (Yenilənib) - Fotolar
26-05-2025, 10:14
Prezident əfv sərəncamı imzalayıb - Siyahı
26-05-2025, 10:04
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanlayıb
26-05-2025, 09:49
Sabah daha bir şəhidimiz dəfn ediləcək - Foto