23:41 / 04-06-2025
Beş rayonda zəlzələ olub
12:30 / 04-06-2025
Sabah yağış yağacaq
ABŞ Suriyadakı üç hərbi bazasını tərk edib
Tarix: 03-06-2025 13:27 | Bölmə: Dünya
ABŞ Suriyadakı üç hərbi bazasını tərk edib

Amerika Birləşmiş Ştatları Suriyadakı iki hərbi bazasını bağlayıb, digərini isə ölkədəki hərbi mövcudluğunun azaldılması çərçivəsində kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinə (SDQ) verib. Amerika komandanlığı son bir neçə həftə ərzində Ərəb Respublikasından 500-ə yaxın hərbçisini çıxarıb.

Reyting.az
xəbər verir ki, bunu Pentaqonun sözçüsü Səudiyyə Ərəbistanının “Əl Ərəbiyyə” telekanalına bildirib.

“500-ə yaxın Amerika əsgəri Suriyadan çıxarılıb. Ölkədə yerləşən iki hərbi baza bağlanıb, biri isə Suriya Demokratik Qüvvələrinə təhvil verilib. Amerika qoşunlarının Suriyada birləşdirilməsi təhlükəsiz və yaxşı düşünülmüşdür”, - kanal amerikalı rəsmidən sitat gətirib.

Telekanalın məlumatına görə, kürd qüvvələri Missiyaya Dəstək Sahəsi Fərat hərbi bazasına nəzarət edəcək. Amerika komandanlığının tərk etdiyi digər obyektin adı açıqlanmır.

Qeyd edək ki, Suriyada 2015-2018-ci illər arasında bu ərazidə doqquz Amerika hərbi bazası və üç forpost yaradılıb. Onlar Hələb, Deyr əz-Zor, Rakka və Həsəkə əyalətlərində, həmçinin İraq və İordaniya ilə həmsərhəd Ət-Tanf bölgəsində yerləşir. Suriyadakı bu bazalarda təxmini 2,2 min amerikalı əsgər yerləşdirilib. Bu ilin aprelində Pentaqon Suriyadakı kontingenti ixtisar edəcəyini və ölkədə 1000-dən az hərbçi qalacağını açıqlamışdı.

ELÇİN




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib