Makronun heykəlini oğurlayaraq Rusiya səfirliyinin ərazisinə aparıblar - Video
Tarix: 03-06-2025 17:53 | Bölmə: Dünya
Makronun heykəlini oğurlayaraq Rusiya səfirliyinin ərazisinə aparıblar

İyunun 2-də Parisdə yerləşən Qrevin muzeyindən Fransa prezidenti Emmanuel Makronun mum fiquru oğurlanıb. Heykəli oğurlayan "Greenpeace" birliyinin fəalları onu Rusiyanın səfirliyi yerləşən binanın yaxınlığında quraşdırıblar.

Reyting.az
xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.

Nəşr polisdəki mənbəyə istinadla bildirir ki, səhər saat 10:30-da iki qadınla bir kişi turist qiyafəsində muzeyə gəliblər. Onlar muzeyin binasına daxil olan kimi gizlincə paltarlarını dəyişib və özlərini muzeyin işçisi kimi təqdim ediblər. Daha sonra isə fəallar Fransa prezidenti Makronun mum fiqurunu parçaya bükərək arxa çıxış qapısından aparıblar.

Bir neçə dəqiqə sonra muzeyə zəng edən bir şəxs özünü "Greenpeace" təşkilatının fəalı kimi təqdim edərək deyib ki, oğurluğu onların təşkilatı törədib.

Təşkilat üzvlərinin prezident Makronun mum fiqurunun məhz Rusiya səfirliyinin yaxınlığında quraşdırılmasının əsas siyasi səbəbi Fransa ilə Rusiya arasında iqtisadi əlaqələrə etiraz etmək olub.

Aksiya barədə "Greenpeace"-in Fransa bölməsinin saytında da məlumat verilib:

"Bu gün "Greenpeace" Fransa fəallarının təşkilatı prezident Emmanuel Makronun ikiüzlülüyünü pisləyib və onu Rusiya ilə müqavilələrə xitam verməyə çağırıblar. Fəallar Makronun mum fiqurunu Qrevin muzeyindən götürüblər və hesab ediblər ki, Rusiya ilə Fransa arasında bağlanmış müqavilələrinə xitam verilənə qədər ona məxsus heykəl dünyaca məşhur belə bir mədəniyyət müəssisəsində sərgilənməyə layiq deyil".

"Le Figaro" nəşri yazır ki, E. Makronun bu mum fiqurunun qiyməti 40 min avrodur.

Video:
My Webpage
[b]
Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib