Baş nazir istefa verib
Tarix: 03-06-2025 18:26 | Bölmə: Dünya
Baş nazir istefa verib

Hollandiyanın baş naziri Dik Şof hökumət koalisiyası parlamentdəki çoxluğu itirdikdən sonra istefa verdiyini açıqlayıb.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, o, bu barədə çərşənbə axşamı mətbuat konfransında bildirib.

Hollandiya hökumətinin iki saatlıq fövqəladə iclasından sonra Şof istefa vermək qərarına gəldiyini elan edib və bununla növbədənkənar parlament seçkiləri prosesinə start verilir.

Bundan sonra Hollandiya hökumətinin başçısı rəsmi olaraq kral Villem-Aleksanderə istefa məktubu təqdim etməlidir və bununla da, nazirlər səlahiyyətlərini itirəcəklər.

Şof aydınlaşdırıb ki, o, mühüm problemlərin - beynəlxalq təhlükəsizlik, ABŞ-la ticarət və daxili problemlərin həlli üzərində işləmək üçün yeni hökumət təyin olunana qədər baş nazir kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Hollandiyada ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Gert Vilders koalisiya hökumətindən çıxdıqlarını bəyan edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib