Rusiya tankerlərini ovlayırlar
Tarix: 08-07-2025 16:47 | Bölmə: Dünya
Rusiya tankerlərini ovlayırlar

Rusiyanın kölgə donanması heç bir izahı olmayan partlayışlardan əziyyət çəkməyə başlayıb.

Reyting.az
“Newsweek”ə istinadla bildirir ki, ekspertlər heç bir sübut olmasa da, Ukraynanın Rusiya tankerlərinə qarşı praktiki “sanksiyalara” əl atdığını istisna etmirlər.

Nəşr artıq beş rus tankerinə ziyan vuran bir sıra partlayışları təhlil edir. Sonuncu belə epizod bazar günü Sankt-Peterburq yaxınlığındakı Ust-Luqa limanında baş verib. Bundan əvvəl, oxşar partlayışlar Rusiya Federasiyasının kölgə donanmasının Liviya, İtaliya, Suriya limanlarında və ya sahillərindəki tankerlərdə qeydə alınıb.

Ukrayna bu hadisələrə görə məsuliyyəti öz üzərinə götürməyib, lakin media Ukrayna xüsusi xidmət orqanlarının tez-tez Rusiyanın maraqlarına qarşı gizli əməliyyatlar keçirdiyini yazır.

ACLED analitik firmasından Olqa Polisçuk deyib ki, bu partlayışlarda Ukraynanın əli oal bilər: “Bu tankerlər Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünün iqtisadi dəstəyində iştirak edir və Ukrayna pilotsuz təyyarələri əvvəllər Rusiyanın neft emalı zavodlarına hücum edib”.

O. Polisçuk əlavə edib ki, əvvəlki hücumların miqyasını, hazırkı hücumun yerini və hədəfin xarakterini nəzərə alaraq, başqa mümkün səbəblər olsa da, Ukraynanın iştirakını güman etmək kifayət qədər ağlabatandır.

Maraqlı fakt ondan ibarətdir ki, zədələnmiş beş tankerin hamısı bu yaxınlarda nəinki Rusiya limanlarına üz tutub, həm də Aralıq dənizindəki Malta ada dövlətinin xarici liman sərhədlərindən keçiblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
6-07-2025, 20:08 BRICS Sammiti başlayıb