Putin Nikitini nəqliyyat naziri təyin edib - Foto
Tarix: 08-07-2025 18:34 | Bölmə: Dünya
Putin Nikitini nəqliyyat naziri təyin edib

Rusiya prezidenti Vladimir Putin Andrey Nikitinin nəqliyyat naziri rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Reyting.az
Rusiya KİV-lərinə iostinadla bildirir ki, iyulun 7-də Putin Nikitinlə görüşüb və onu “karyera nərdivanında daha bir pillə qalxmağa” və nazir səlahiyyətlərini icra etməyə dəvət edib. Daha sonra namizədlik Dövlət Duması tərəfindən nəzərdən keçirilib və təsdiqlənib. Bundan sonra president təyinat haqqında sərəncam imzalayıb. Bu cür qaydalar 2020-ci ildə konstitusiyaya edilən dəyişiklikdə öz əksini tapıb.


Andrey Nikitin


Xatırladaq ki, Nikitin fevral ayından Rusiya Federasiyası nəqliyyat nazirinin müavini vəzifəsində çalışırdı. Bundan əvvəl o, 2017-ci ildən Novqorod vilayətinə rəhbərlik edib. O, öz xahişi ilə bu vəzifədən azad edilib. O, bundan əvvəl Strateji Təşəbbüslər Agentliyinin rəhbəri olub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
6-07-2025, 20:08 BRICS Sammiti başlayıb