Ağdərədə mina partlayıb, yaralı var - (Yenilənib)
Tarix: 10-07-2025 13:42 | Bölmə: Slayd
Ağdərədə mina partlayıb, yaralı var - (Yenilənib)

Ağdərə rayonunda bir nəfər minaya düşüb.

Reyting.az 
xəbər verir ki, Şıxarx kənd sakini 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğlu rayonun Həsənqaya adlı ərazisində mal-qara otaran zaman mina partlayıb.

Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

***

Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində iyulun 10-da mina hadisəsi baş verib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Məlumata əsasən, 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

***

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya edilib, vəziyyəti ağır qiymətləndirilir.


Bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərrahı Hafiz Əliyev məlumat verib(Report).




Bölməyə aid digər xəbərlər