18:08 / 23-07-2025
Türkiyədə zəlzələ olub
15:11 / 23-07-2025
Hərbçimiz vəfat edib
Suriya Türkiyədən müdafiə üçün kömək istəyir
Tarix: 23-07-2025 18:34 | Bölmə: Dünya
Suriya Türkiyədən müdafiə üçün kömək istəyir

Suriyanın müvəqqəti hökuməti son iki həftə ərzində Suriyada gərginliyi artıran və İsrailin müdaxiləsinə səbəb olan məzhəblərarası toqquşmalardan sonra müdafiəsini gücləndirmək üçün Türkiyədən kömək istəyib.

Reyting.az
xəbər verir ki, bu barədə “Associated Press” Türkiyə rəsmilərinə istinadla məlumat yayıb.

Türkiyənin müdafiə rəsmiləri çərşənbə günü bildiriblər ki, Suriya İslam Dövləti qruplaşması da daxil olmaqla, “terror təşkilatları” ilə mübarizədə kömək istəyir.

Rəsmilər əlavə ediblər ki, uzun müddətdir Suriyaya kömək etmək istəyini ifadə edən Türkiyə Suriyanın müdafiəsini gücləndirmək üçün təlim, məsləhət xidmətləri və texniki dəstək verməyə çalışır.

Xatırladaq ki, Suriyanın cənubunda son bir həftə ərzində Əs-Suveyda əyalətində druzlara qarşı qan tökülməsi nəticəsində gərginlik artıb. Münaqişə İsrailin Suveydadakı hökumət qoşunları karvanlarına və Dəməşqin mərkəzindəki Müdafiə Nazirliyinin qərargahına hava zərbələri endirməsinə səbəb olub. İsrail bunu druz icmalarını qorumaq səyləri ilə əsaslandırıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər