Şəmkirdə ağır qəza: 7 nəfər ölüb, xəsarət alanlar var - (Yenilənib)
Tarix: 07-08-2025 11:05 | Bölmə: Slayd
Şəmkirdə ağır qəza: 7 nəfər ölüb, xəsarət alanlar var - (Yenilənib)

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
APA-ya istinadla bildirir ki, qəza Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hərəkətdə olan mikroavtobus yük maşınına çırpılıb. Qəza nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlərlər alıblar.

***

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

Məlumata görə, Bakıdan Qazaxa hərəkət edən "Mercedes Sprinter" markalı sərnişin mikroavtobusu yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində 7 nəfər hadisə yerində həyatını itirib.

İlkin məlumata görə, ölənlərin əksəriyyəti qadınlardır.

Qəzada çox sayda sərnişin xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Şəmkir və Gəncə şəhər xəstəxanalarına çatdırılıblar.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, araşdırma aparılır. Qəzanın səbəbləri dəqiqləşdirilir.

***

Şəmkir rayonunda 7 nəfərin öldüyü ağır yol qəzasında xəsarət alanların adları məlum olub.

Reyting.az
APA-ya xəbər verir ki, yaralananlar arasında Ağstafa və Bakı sakinləri, həmçinin bir Gürcüstan vətəndaşı da var:

M. Qəribov – 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini

N. Qəribova – 2004-cü il təvəllüdlü, Ağstafa rayon sakini

K. Məmmədov – 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini

Ş. Pənahova – 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini

B. Gözəlova – 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı.

Yaralılardan K. Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər xəstəxanasına aparılıb.

Qeyd edək ki, ölənlərin də bir neçəsinin Ağstafa rayon sakinləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkirdə ağır qəzada ölənləri adları məlum olub.

Reyting.az
APA-ya istinadla bildirir ki, ölənlərin 4-ü kişi, 3-ü qadındır:

- 1992-ci il təvəllüdlü Şadət Bayramov

- 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva

- 1977-ci il təvəllüdlü Aydın Pənahov

- 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva

- 2008-ci il təvəllüdlü Kənan Məmmədov

- 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova

- 1966-ci il təvəllüdlü Arif Bağırov.

***

Şəmkirdə 7 nəfərin öldüyü ağır qəzaya sürücünün ürəktutması səbəb olub.

Sürücü Arif Bağırovun sükan arxasında ürəktutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

***

07.08.2025-ci il tarixində saat 05:00 radələrində Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2-si kişi, 3-ü qadın olmaqla, 5 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 1 nəfər isə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Reyting.az
TƏBİB-ə istinadla bildirir ki, yaralılara bədənin və üzün müxtəlif dərəcəli, çoxsaylı açıq yaraları, qapalı kəllə-beyin və müştərək travma diaqnozları təyin edilib.

1975-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində, 1970 (qadın) və 1995-ci il təvəllüdlü (kişi) şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü (kişi) şəxs öz istəyilə, iltizamnaməsi alınaraq tibb müəssisəsindən buraxılıb.

2004-cü il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1969-cu il təvəllüdlü şəxsə isə başın və alınıb çapılmış yarası diaqnozu təyin olunub.

Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.





Bölməyə aid digər xəbərlər