17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-ın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

Məhkəmələrdə kadr islahatları aparılacaqdır - Fuad Ələsgərov
Tarix: 22-07-2019 21:18 | Bölmə: Siyasət

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, yeni ictimai münasibətlər yaranır, mövcud olanlar isə keyfiyyətcə yeni xarakter alır. İctimai həyatda münasibətlərin yenilənməsi onların ədalətli, səmərəli və çevik tənzimlənməsi üçün müvafiq hüquqi norma və mexanizmlərin təkmilləşdirilməsini zəruri edir”.
Bunu Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Azərtac-a açıqlamasında deyib.
O, bildirib ki, Prezident cari ilin mart ayında məhkəmə-hüquq islahatlarına ciddi ehtiyac olduğunu bəyan edərək onların yeni mərhələsinin başlanmasına təkan verib. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı isə bu prosesin əsas istiqamət və prioritetlərini müəyyən edib.
Fərmanda verilmiş tapşırıq və tövsiyələrin həyata keçirilməsi məqsədilə intensiv iş aparılıb, statistik məlumatlar təhlil edilərək ümumiləşdirilib, habelə qabaqcıl beynəlxalq təcrübə öyrənilib.
“İslahatların Fərmanda nəzərdə tutulan digər komponentləri, yəni, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı növbəti normativ hüquqi aktlar üzərində hazırda hərtərəfli iş aparılır, habelə praktiki sahədə verilən tapşırıq və tövsiyələrin yerinə yetirilməsi istiqamətində tədbirlər davam etdirilir.
İmzalanan normativ hüquqi aktlar paketinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki-Prosessual, İnzibati-Prosessual və Cinayət-Prosessual məcəllələrə dəyişikliklərin edilməsini nəzərdə tutan qanunlar, habelə həmin qanunların tətbiqini təmin edən müvafiq sərəncam və fərmanlar daxildir”.
F. Ələsgərov deyib ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər ixtisaslaşmış məhkəmələrin iki sisteminin – inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməlini formalaşdırır. Qeyd edilən qanunlar qüvvəyə mindiyi gündən, yəni, 2020-ci il yanvarın 1-dən etibarən mövcud inzibati-iqtisadi məhkəmələr sistemi ləğv ediləcək.
Hazırda fəaliyyət göstərən inzibati-iqtisadi məhkəmələr sistemi yaradıldığı dövr üçün mütərəqqi yenilik olsa da, artıq öz missiyasını başa çatdırmış hesab edilə bilər. Həm inzibati, həm iqtisadi münasibətlərin hazırkı səviyyəsi və onların inkişaf potensialı baxımından müvafiq məhkəmələrin və hakimlərin daha yüksək ixtisaslaşma dərəcəsinə nail olunması vacibdir.
İkili, yəni, ümumi (publik) və xüsusi hüquqi təbiətə malik inzibati-iqtisadi məhkəmələr əvəzinə ayrıca inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin yaradılması, məhkəmə-hüquq islahatlarının indiki mərhələsində ixtisaslaşmanın dərinləşdirilməsi üçün optimal üsul hesab edilir”.
Şöbə müdiri qeyd edib ki, apellyasiya və kassasiya instansiya məhkəmələrində hərbi və cinayət kollegiyalarının birləşdirilməsi nəzərdə tutulub. Burada xüsusi vurğulamaq lazımdır ki, bu dəyişiklik birinci instansiya hərbi məhkəmələrinin fəaliyyətini əhatə etmir, onlar hazırki qaydada fəaliyyətlərini davam etdirəcəklər.
“Bundan əlavə, prosessual qanunvericiliyə edilmiş dəyişikliklərin digər bir istiqaməti işin məhkəmə aidiyyətinə dair mübahisələrə baxılma prosedurlarının səmərəliliyinin artırılması və müddətlərinin qısaldılması ilə bağlıdır.
Hazırda işin inzibati-iqtisadi və ya rayon (şəhər) məhkəməsinə aid olmasına dair mübahisələrə ardıcıl olaraq üç instansiyada – birinci, apellyasiya və kassasiya instansiyalarında baxılır.
Məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması prosedurunun sadələşdirilməsi üçün belə mübahisələrə baxan instansiyaların sayının azaldılması nəzərdə tutulmuşdur. Yeni qanunla müəyyən edilmişdir ki, birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyətinə dair mübahisələr üzrə qərarlarından verilən şikayətlərə birbaşa Ali Məhkəmə baxacaqdır.
Ali Məhkəmədə bu kateqoriyadan olan şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında baxılacaqdır. Belə şikayətlərə baxılması üçün nəzərdə tutulmuş müddət də 2 aydan 10 günədək qısaldılır. Nəticədə aidiyyətlə bağlı mübahisələrə baxılmasında yubatma və süründürməçilik, heç bir zərurət olmadan aidiyyətlə bağlı çoxsaylı şikayətlərin verilməsi hallarının qarşısı alınacaqdır.
Nəzərdə tutulan dəyişikliklər bir tərəfdən məhkəmə kollegiyaları strukturunun optimallaşdırılmasına, digər tərəfdən isə istər cinayət işləri, istərsə də aidiyyətlə bağlı mübahisələr üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün daha əlverişli şəraitin yaradılmasına səbəb olacaqdır.
Ümumilikdə, qeyd edə bilərik ki, qəbul olunmuş qanunvericilik aktları paketi məhkəmə-hüquq islahatlarının hazırki mərhələsində aşağıdakı məqsədlərə nail olunmasına şərait yaradacaqdır:
- ayrıca inzibati və kommersiya məhkəmələri sistemlərinin yaradılması yolu ilə məhkəmələrdə ixtisaslaşmanın dərinləşdirilməsi;
- inzibati, kommersiya və rayon (şəhər) məhkəmələri arasında iş yükünün balanslaşdırılması;
- məhkəmə quruluşunun optimallaşdırılması;
- məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması prosedurlarının sadələşdirilməsi və müddətlərinin qısaldılması;
- məhkəmə aidiyyətinə dair mübahisələr üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün əlavə mexanizmlərin təsbit edilməsi.
Sonda bir daha vurğulanmalıdır ki, hazırda məhkəmə-hüquq islahatları çərçivəsində növbəti normativ hüquqi aktlar toplusu üzərində iş davam edir.
Bu sənədlər toplusuna cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, mülki prosessual qanunvericiliyin kompleks şəkildə təhlili və təkmilləşdirilməsi, Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırması üçün yeni mexanizmlərin təsbit edilməsi, məhkəmə ekspertizasının təyin edilməsi və keçirilməsi ilə bağlı müddəaların, habelə məhkəmə qərarlarının icrası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı qanunvericilik aktlarının layihələri daxil olacaqdır. Həmçinin məhkəmə, cinayət təqibi və məhkəmə qərarlarının icrası orqanlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən “Elektron məhkəmə”, “Elektron icra” sistemlərinin tətbiqinin genişləndirilməsinə yönəlmiş qanunvericilik və praktiki tədbirlər həyata keçiriləcəkdir.
Eyni zamanda, yeni məhkəmələrin yaradılması, apellyasiya və kassasiya instansiyası məhkəmələrində kollegiyaların tərkibinin dəyişməsi ilə bağlı müvafiq kadr islahatları da aparılacaqdır.
Yeni hakim vəzifələrinə namizədlərin seçilməsi prosesi zamanı onların peşəkarlıq səviyyəsi qiymətləndiriləcək, müvafiq sahələrdə yüksək nəzəri və praktiki hazırlığının olmasına xüsusi diqqət yetiriləcəkdir. Bu isə dövrün tələbləri ilə ayaqlaşan hüquqşünasların hazırlanması üzrə işin gücləndirilməsini şərtləndirir, o cümlədən hüquq təhsili qarşısında yeni tələblər qoyur”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:57
Zakir Həsənov Çinə gedib
Bu gün, 11:56
Milli Məclisdə dinləmə keçiriləcək
Dünən, 16:23
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
Dünən, 10:07
Deputat: Məhkəmə qərarlarının 50 faizi icra olunmur
Dünən, 09:36
Tramp Böyük Britaniyaya ikinci dövlət səfərinə gəlib
16-09-2025, 22:31
Vardanyan Paşinyan, Minsk qrupu üzvləri və BQXK nümayəndələrinin dindirilməsini istəyir
16-09-2025, 12:45
Deputat: “Əvvəlcə ingilis-rus, sonra Azərbaycan dilində yazırlar”
16-09-2025, 11:39
Paşinyanı impiçment etmək istəyirlər
16-09-2025, 10:37
Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
16-09-2025, 09:45
Rusiyaya qarşı yeni sanksiyanın qəbulu təxirə salınıb
16-09-2025, 08:02
Ukraynada 1000-ə yaxın britaniyalı muzdlu həlak olub
15-09-2025, 13:49
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
15-09-2025, 13:03
Zakir Həsənov Bakıda Türkiyə Baş Qərargah rəisini qəbul edib
15-09-2025, 12:35
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
15-09-2025, 12:22
Fransanın yeni səfiri Bakıya gəlir
15-09-2025, 12:15
Bloger Məhəmməd Mirzəliyə qiyabi hökm oxunub - 6 il 6 ay həbs cəzası
15-09-2025, 10:43
Rusiyada azərbaycanlı İjevsk Şəhər Dumasının deputatı seçilib
15-09-2025, 09:05
NATO qoşunları Polşaya gələcək
12-09-2025, 15:54
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
12-09-2025, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
12-09-2025, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
12-09-2025, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
12-09-2025, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
11-09-2025, 23:47
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
11-09-2025, 08:08
USAID Ukraynanın kibertəhlükəsizliyinə 2 milyon dollar ayırıb
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək