17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Türkiyədə 29 telekanal qapadıldı - Siyahı
Tarix: 27-08-2016 17:46 | Bölmə: Slayd


Reyting.az xəbər verir ki, Türkiyənin Radio və Televiziya Ali Qurumu (RTÜK) lisenziya almadan icazəsiz yayımlanan 29 telekanalın fəaliyyətinə son qoyub. Tamaşaçılara pul mükafatları, bitki mənşəli məhsul satışı edən 5 kanal da cəzalanıb. 2 kanala qarşı isə terror təbliğatına görə qarar çıxarılıb.

Faəliyyəti dayandırılan telekanallar bunlardır:

Chinko TV, Plus Life, Sultan, Welat, Cmax, Awaza Kurdi, TV Korku, Pix, Vizyon TV, Filght TV, Arti TV, Eskici TV, C Action TV, Raki TV, Arabesk Melodi, Şimali Türk, Cinemax, Can, Ful Aksiyon, Atlas TV, Acinema, Animalbox, Sinemega, Tosun TV, Yaşıl Vadi TV, The West, The Box TV, Tərz Moda TV və Super Halay.

Van TV-yə və Azad Gün TV-yə isə irq, rəng, dil, din, cins, əlillik, siyasi və fəlsəfi düşüncə, məzhəb və s. səbəblərlə ayrı-seçkilik etdiyinə görə cəza verilib.






Bölməyə aid digər xəbərlər