Əli Əsədov yeni köməkçi və şöbə müdiri təyin edib - Sərəncam
Tarix: 05-12-2019 17:15 | Bölmə: Slayd
Əli Əsədov yeni köməkçi və şöbə müdiri təyin edib

Nazirlər Kabinetində yeni təyinatlar olub.

Reyting.az
xəbər verir ki, bu təyinatlar haqda hökumətin sözçüsü İbrahim Məmmədov məlumat yayıb.

Bildirilib ki, Baş Nazirin sərəncamı ilə Fəxri Yaşar oğlu İsmayılov Baş Nazirin köməkçisi təyin edilib.

Bundan əlavə, Əli Əsədov digər sərəncamı ilə Feyruz Rəvayət oğlu Mustafayev Nazirlər Kabineti Aparatının Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}