17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Sentyabrdan başlayan yanğın: iki mindən çox ev yanıb, milyarddan çox heyvan ölüb
Tarix: 19-01-2020 21:23 | Bölmə: Slayd
Sentyabrdan başlayan yanğın: iki mindən çox ev yanıb, milyarddan çox heyvan ölüb

Avstraliyanın şərq sahilinə güclü yağış yağır, qitənin başqa bir hissəsi isə yanğından əziyyət çəkməyə davam edir.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, belə uzunmüddətli yağışlar və daşqınlar "yüz ildə bir dəfə" baş verir.

Pis hava şəraiti ilə əlaqədar bir çox yollar, Kvinslend ştatının cənub-şərqində parklar bağlanıb, nəqliyyat vasitələrinin hərəkətində ləngimələr yaranıb. Bu səbəbdən insanlar su basan yollarda qayıqlarla hərəkət etməli olurlar.

Leysan yağışların daha da güclənəcəyi təhlükəsi var.

Sentyabrdan başlayan yanğın: iki mindən çox ev yanıb, milyarddan çox heyvan ölüb

Bununla belə, Yeni Cənubi Uels və Viktoriya ştatlarında meşə yanğınları ara vermir. Bu regionlardakı insanların çoxu elektriksiz qalıb, təxliyyə olunan sakinlər evlərinin hansı vəziyyətdə olduğunu bilmirlər.

2019-cu ilin sentyabr ayında başlayan meşə yanğınları nəticəsində artıq milyonlarla hektar ərazi məhv olub, 27 nəfər yanğının qurbanı olub, 2 mindən çox ev yanıb.

Mütəxəssislər təbii fəlakətlərin bir milyarddan çox heyvanın ölümünə səbəb olduğunu qeyd edirlər.

Sentyabrdan başlayan yanğın: iki mindən çox ev yanıb, milyarddan çox heyvan ölüb

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}