16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ölümcül virus bu bazardan yayılıb - Fotolar
Tarix: 24-01-2020 13:18 | Bölmə: Slayd
Ölümcül virus bu bazardan yayılıb - Fotolar

Dünya ölkələri artıq bir neçə gündür ki, yayılmaqda olan yeni kornovirusla (2019-nCOV) bağlı həyəcan təbili çalır, vətəndaşlarının bu ölümcül virusa yoluxmaması üçün profilaktik tədbirlər görür.

Reytng.az
xəbər verir ki, görülən tədbirlərə baxmayaraq kornovirus sürətlə yayılmaqda davam edir.

Çindən sonra virus ABŞ, Vyetnam, Koreya, Yaponiya, Səudiyyə Ərəbistanı və digər ölkələrdə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı Cenevrədə təcili toplantı keçirərək qırmızı xətt elan edib.

Bəs bu virus haradan və niyə yayılıb?

Çində ortaya çıxan kornovirusun Uhan şəhərinin Huanan dəniz məhsullatrının satıldığı bazardan yayıldığı deyilir.

Son məlumata görə, hazırda şəhərdən yayılan kornovirusa 849 nəfərin yoluxduğu, 26 nəfərin isə öldüyü bildirilir.

Uhan şəhərinin dəniz məhsulları bazarında ilan, yarasa, qurd, timsah, tülkü, tovuzquşu, müxtəlif növ balıqlar və dəniz məhsulları satılır.

Çin rəsmiləri virusun əvvəlcə yarasadan, daha sonra ilandan yayılma ehtimalı üzərində dayanırlar.

Hazırda Uhan şəhərinin bazarı dövlət tərəfindən qapadılıb və burada mütəxəssislər ciddi araşdırma aparırlar.

Reyting.az sözügedən bazarın fotolarını ilk dəfə təqdim edir:

Ölümcül virus bu bazardan yayılıb - Fotolar
Ölümcül virus bu bazardan yayılıb - Fotolar
Ölümcül virus bu bazardan yayılıb - Fotolar
Ölümcül virus bu bazardan yayılıb - Fotolar
Ölümcül virus bu bazardan yayılıb - Fotolar
Ölümcül virus bu bazardan yayılıb - Fotolar
Ölümcül virus bu bazardan yayılıb - Fotolar
Ölümcül virus bu bazardan yayılıb - Fotolar
Ölümcül virus bu bazardan yayılıb - Fotolar




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}