İsmayıllıda avtobus qəzası baş verib: ölənlər və çoxsaylı yaralı var - Yenilənib
Tarix: 26-01-2020 12:03 | Bölmə: Cəmiyyət
İsmayıllıda avtobus qəzası baş verib: ölənlər və çoxsaylı yaralı var

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, 15-ə yaxın yaralı var. Ölənlər ər və arvaddır.

Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Son məlumata görə, bu gün İsmayıllıda Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu və “VAZ 2106” markalı minik avtomobilinin toqquşması nəticəsində üç nəfər - ata, ana və övladları həyatını itirib.

APA-nın məlumatına görə, qəza nəticəsində “VAZ 2106” markalı minik avtomobilinin sürücü İlham Quliyev, həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyeva ölüb.

Ailənin digər üzvü Elcan Quliyev isə qəza zamanı xəsarət alıb.

İsmayıllıda avtobus qəzası baş verib: ölənlər və çoxsaylı yaralı var
İsmayıllıda avtobus qəzası baş verib: ölənlər və çoxsaylı yaralı var
İsmayıllıda avtobus qəzası baş verib: ölənlər və çoxsaylı yaralı var

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}