Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 7 saat çəkib - Foto
Tarix: 29-01-2020 23:02 | Bölmə: Siyasət
Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 7 saat çəkib

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında Cenevrədə keçirilən görüş 7 saat davam edib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də açıqlama verib.

O bildirib ki, 7 saat şəkən görüş ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə baş tutub: "Ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər. Sabah danışıqların növbəti raundu keçiriləcək".

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 7 saat çəkib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}