17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Koronavirus nəhəngləri çökdürür: Çin milyardlar itirir, dünya bazarı təhdidlə üzləşib
Tarix: 20-02-2020 22:35 | Bölmə: Slayd
Koronavirus nəhəngləri çökdürür: Çin milyardlar itirir, dünya bazarı təhdidlə üzləşib

Koronavirus epidemiyası Çin iqtisadiyyatına 140 milyard dollar ziyan vurub. Bu təhlükə səbəbindən ölkədə fabriklərin çoxu fəaliyyətini dayandırıb. İqtisadçı analitiklər ehtimal edirlər ki, yaranmış vəziyyət qlobal səviyyədə tədarük zəncirində ciddi itkilərə səbəb olacaq. Proqnozlara görə, bir çox iri şirkət və dövlətlər də iqtisadi zərərlə üzləşəcəklər.

Reyting.az
xəbər verir ki, koronavirusun Çin iqtisadiyyatına vurduğu 140 milyard dollarlıq zərər daha da artacaq.

Çində yanvar ayından bu yana yerli hava şirkətləri 20 milyon təyyarə biletini etibarsız elan edib ki, onun da dəyəri 2 milyard dollardan çoxdur.

Çinin ilin sonu üçün nəzərdə tutulan 5,9 faizlik ÜDM-də artım proqnozu 1 faiz azaldılıb.

Proqnozlara görə, Asiyanın iqtisadi nəhənginin üzləşdiyi sıxıntılar əvvəlcə Asiya qitəsinə, daha sonra bütün dünyaya təsir edəcək.

Dünya İqtisadi Forumunun (DİF) 2018-ci il hesabatında bildirilir ki, Çin dünyada bəzi mallar üzrə tələbatın 50 fazini təşkil edir.

Dünya sement istehsalının 59, mis, polad və kömür istehsalının 50 faizi Çin tərəfindən qarşılanır.

Koronavirus epidemiyasının ortaya çıxması ilə mis və neftin qiymətləri əhəmiyyətli dərəcədə ucuzlaşıb. Məsələn, koronavirus səbəbindən 1 barel neft 15 faiz, mis isə 8,4 faiz dəyər itirib.

İspaniyada mərkəzləşən BBVA Araşdırma Mərkəzinin baş iqtisadçısı deyib ki, koronavirus enerji sektorunda daha uzun vədəli sərmayələrə neqativ təsir edə bilər.

İqtisadiyyatın proqnozu ilə məşğul olan mərkəzlər qeyd edirlər ki, Çinin 2020-ci ildə böyümə proqnozu 5,8 faizdən, 5,2 faizə düşüb.

Beynəlxalq Ticarətin Təşviqi Şurasının bir qolu olan Metalurgiya Şurası bəyan edir ki, Çinin metal məhsullarının xarici alıcıları koronavirus səbəbindən daşımaları dayandırıb. Hindistan və digər müştərilər daşımalar vaxtında yerinə yetirilmədiyi üçün təzminat tələb edəcəklər.

İddiaya görə, alman avtomobil istehsalçıları və “Apple” kimi xarici şirkətlərin tədarükçüsü olan Çin, virus səbəbindən 615 milyard dollar dəyərində gəlir əldə etdiyi bu ticarət bazarında ciddi itkilərlə üzləşəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}