Qonşu ölkədə koronavirusdan ölənlərin sayı artıb - Yenilənib
Tarix: 27-02-2020 12:52 | Bölmə: Cəmiyyət
Qonşu ölkədə  koronavirusdan ölənlərin sayı artıb

İranda koronavirusa yoluxanların və virusdan ölənlərin sayı günbəgün artır.

“İnterfaks” xəbər verir ki, COVID-19 koronavirusunun qurbanlarının sayı 22-yə, təsdiqlənmiş yoluxma halların sayı isə 141-ə çatıb.

İran mediasının yazdığına görə, İranın 31 əyalətindən 20-də koronavirusa yoluxma qeydə alınıb. Ən çox yoluxma halı Qumdadır - 63 nəfər.

***

İran Səhiyyə Nazirliyi koronavirusla bağlı yeni məlumat yayıb.

IRNA-nın məlumatına görə, İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur ölkədə koronavirusdan ölənlərin sayının 26 nəfərə çatdığını bildirib.

Onun sözlərinə görə, bu günədək 245 nəfərə koronavirus diaqnozu qoyulub.

Qeyd edək ki, daha əvvəl İran hökuməti yoluxmaqda şübhəli bilinənlər və ya infeksiyaya yoluxanların hərəkətinə məhdudiyyət qoyulacağını açıqlamışdı.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}