17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Koronavirusla bağlı həqiqəti xalqdan gizlədir, həkimləri susmağa məcbur edirlər
Tarix: 23-03-2020 12:25 | Bölmə: Slayd
Koronavirusla bağlı həqiqəti xalqdan gizlədir, həkimləri susmağa məcbur edirlər

Yeni tip koronavirusun (Covid-19) yayılması ilə bağlı real statistik məlumatlar ictimaiyyətdən gizlədilir. Koronavirus daşıyıcıları sətəlcəm xəstəsi kimi qeydiyyata alınırlar.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Həkimlər Birliyinin təmsilçisi Anastasiya Vasilyeva ölkəsində koronavirusla bağlı durumu qiymətləndirərkən deyib.

Koronavirusla bağlı həqiqətlərin gizlədildiyini iddia edən Vasilyeva bildirib ki, həkimləri əsl vəziyyəti gizlətməyə və qoruyucu vasitələrin olmadığını ictimailəşdirməməyə məcbur edirlər. Onun sözlərinə görə, bu, hakimiyyətin axmaqlığıdır.

A. Vasilyeva diqqətə çatdırıb ki, həkimlər qoruyucu ləvazimatlar olmadan xəstələri müalicə etmək məcburiyyətində qalırlar. Onun sözlərinə görə, həkimlərə virusa qarşı bütün dünyada istifadə edilən qoruyucu vasitələrin verilməməsi xalqa qarşı cinayətdir.

Rəsmilərin panikanı aradan qaldırmağa çalışdıqlarını bildirən Vasilyeva əlavə edib ki, rəsmilər koronavirus adını işlətməkdən qaçmaqla ictimai çaxnaşmanın qarşısını almağa çalışırlar.

Həkimlər Birliyinin təmsilçisi qeyd edib ki, hətta ölkədəki doğum evlərini də sətəlcəm xəstəliyinə uyğun vəziyyətə gətirirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}