Vətəndaşlara evdən çıxmaq üçün gün ərzində SMS-lə 1 dəfə 2 saatlıq icazə veriləcək - Video
Tarix: 02-04-2020 23:13 | Bölmə: Cəmiyyət
Vətəndaşlara evdən çıxmaq üçün gün ərzində SMS-lə 1 dəfə 2 saatlıq icazə veriləcək - Video

Aprelin 5-dən Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hərəkət məhdudlaşdırılır.

Vətəndaşlar zərurət yarandıqda yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

SMS sisteminə bilərəkdən yanlış məlumatlar verənlər, başqa məzmunlu mesajlar göndərənlər, sui-istifadə hallarına yol verənlər barəsində hüquq-mühafizə orqanlarına məlumat veriləcək və bu, karantin qaydalarının pozulması kimi dəyərləndiriləcək. Bu isə aidiyyəti üzrə inzibati və cinayət məsuliyyətinə cəlb olunacaq hallardır. SMS tamamilə ödənişsizdir.

Bəs, bu hansı qaydada həyata keçirilməlidir?

Reyting.az Qafqazinfo-ya istinadla icazə üçün SMS göndərməyin videoizahını təqdim edir:





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}