23:50 / 26-11-2020
İcra başçısı vəfat edib
Azərbaycanda daha 537 nəfərdə COVID-19 aşkarlanıb, 7 nəfər vəfat edib
Tarix: 07-07-2020 19:00 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha 537 nəfərdə COVID-19 aşkarlanıb, 7 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 537 yeni yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 21 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib, 8 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 102, ötən müddət ərzində isə ümumilikdə 529 875 test aparılıb.




Bölməyə aid digər xəbərlər
25-11-2020, 16:21 BDU-nun dekanı vəfat edib

bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}