17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Kərim Vəliyev: “Azərbaycan Ordusunun generalı və polkovniki şəhid olub”
Tarix: 14-07-2020 13:16 | Bölmə: Slayd
 Kərim Vəliyev: “Azərbaycan Ordusunun generalı və polkovniki şəhid olub”

“İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib”.

Reyting.az
-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib.

K. Vəliyev qeyd edib ki, döyüşlər nəticəsində Azərbaycan Ordusu da itki verib: “Səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olublar".(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}