18:18 / 20-10-2025
Britaniya ordusu PUA-ları xəbərdarlıq etmədən vuracaq
18:17 / 20-10-2025
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
18:04 / 20-10-2025
Tramp Ukrayna prezidentini hədələyib
18:02 / 20-10-2025
"Qarabağ" İspaniyaya yollanıb
17:49 / 20-10-2025
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
17:24 / 20-10-2025
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
17:11 / 20-10-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
16:56 / 20-10-2025
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
16:51 / 20-10-2025
Nazirliyin istirahət evinin rəisi niyə tutulub? - Açıqlama
16:39 / 20-10-2025
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
16:31 / 20-10-2025
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - Fotolar
16:19 / 20-10-2025
Venesuela həmləsi - Nurlan Umudov yazır
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
15:52 / 20-10-2025
Nazir müavini vəzifədən azad olunub
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
15:46 / 20-10-2025
Sabiq baş nazir: "Ramiz Mehdiyevdən kömək ummamışam"
15:23 / 20-10-2025
Ziya Məmmədovun qardaşı: "Məni istintaqa cəlb etməyiblər"
14:51 / 20-10-2025
Rektordan Mehdiyevin gəlini ilə bağlı - Açıqlama
14:42 / 20-10-2025
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub - Yenilənib
14:41 / 20-10-2025
Nizami Rəmzinin qızı həbs edilib
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:02 / 20-10-2025
Ramiz Mehdiyevin gəlini işə çıxmır
12:53 / 20-10-2025
Tramp gücləndirilmiş təhlükəsizlik şəraitində Floridanı tərk edib
12:37 / 20-10-2025
Sabahın hava proqnozu açıqlanıb
12:14 / 20-10-2025
Xaçmazda 34 yaşlı şəxs güllələnib
12:11 / 20-10-2025
DİN əhaliyə çağırış edib
12:11 / 20-10-2025
Tramp Çinə qarşı əsas tələblərini açıqlayıb
11:59 / 20-10-2025
Prezident 10 məmuru təltif edib - Siyahı
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

12:02 / 16-10-2025

20:22 / 15-10-2025

16:07 / 20-10-2025

Təhsil İnstitutu COVID-19 şəraitində təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı təkliflər verib
Tarix: 13-08-2020 16:18 | Bölmə: Cəmiyyət

Azərbaycan Respublikası Təhsil İnstitutu COVİD-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkil ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırma nəticələrini ictimaiyyətə təqdim edib.
Reyting.az xəbər verir ki, beynəlxalq təşkilatların tövsiyələri, digər ölkələrin təcrübələri və təhsil isteminin müxtəlif göstəricilərinin təhlilinə əsaslanaraq Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.
1-ci ssenari tədrisin məsafədən təşkilini nəzərdə tutur. Belə ki, təhsil müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa olunmur, 2020-ci ilin mart-iyun aylarında Respublikanın təhsil müəssisələrində tətbiq edilən yanaşma davam etdirilir və tədris prosesi məsafədən həyata keçirilir.
2-ci ssenari tədrisin qarışıq (onlayn və sinif otağında) modelinin tətbiqini nəzərdə tutur. Burada məktəblər xüsusi şərtlər və differensial yanaşma tətbiq edilməklə mərhələli şəkildə açılır, məzmunun bir hissəsi məsafədən tədris edilir. Daxili sanitar-epidemioloji qaydalara ciddi nəzarət edilir və açılan məktəblərdə epidemioloji nəzarət, hərarət yoxlama, izolyasiya və s. kimi tədbirlərin həyata keçirilməsi tövsiyə edilir.
Yoluxma risklərinin minimuma endirilməsi üçün məktəb günlərinin sayının, dərs saatlarının miqdarının və sinif sıxlığının azaldılması kimi tədbirlərin nəzərdən keçirilməsi qeyd edilir. O cümlədən, tənəffüs fasilələrinin müddəti uzadılaraq şagirdlərin açıq havada daha çox vaxt keçirməsi məqsədəuyğun sayılır. Yoluxma halları müvafiq qurumlarla əlaqələndirilmiş şəkildə nəzarətə götürülməklə təhsilalanların kiçik qruplarda tədrisə cəlb edilməsi də tövsiyələr arasındadır.
Bu ssenariyə əsasən məktəblərin fəaliyyətinin qismən bərpa olunması və ənənəvi tədris prosesinə dönüşün mərhələli şəkildə planlaşdırılması tövsiyə edilir.
Məqalədə məktəblərin qismən də olsa açılmasının yoluxma hallarının sayının artımına və məhdudiyyətlərin yenidən tətbiqinə gətirib çıxara bilməsi bu ssenarinin əsas riskləri kimi qeyd olunur.
Təhsil Nazirliyi tərəfindən Teledərslər və Virtual Məktəb layihələrinin davam etdirilməsi məqsədəuyğun fəaliyyət olaraq vurğulanır. Belə ki, 11 mart 2020-ci il tarixindən etibarən ölkənin iki telekanalında əksər fənlər üzrə dərslərin yayımına başlanılan teledərslər qısa müddət ərzində təhsilalanlar üçün faydalı vasitəyə çevrilib.
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən ayrı-ayrı təhsil pilləri üzrə təklif edilən modellər mövcud yerli vəziyyəti təhlil etməklə və təhsil müəssisələrinin fəaliyyətinin bərpa olunması ilə bağlı beynəlxalq təcrübəni qiymətləndirməklə yuxarıda qeyd edilən 2 ssenari üzrə təhsil müəssisələrindəki (özəl və dövlət) fəaliyyətin qismən və mərhələli şəkildə bərpasını təklif edir:
Məktəbəqədər təhsil:
Uşaqların qidalanması və eyni otaqda yatması böyük yoluxma riski yaratdığına görə uşaq bağçalarının yalnız “sarı” zonalarda fəaliyyətinin bərpası məqsədəuyğun hesab edilir.
Məktəbəhazırlıq qruplarında (ümumi təhsil müəssisələrində) tədrisin təşkili:
Məktəbəhazırlıq qruplarında uşaqların həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb edilməsi təklif edilir. Bu halda da siniflərdə şagird sayı 20 nəfərdən çox olduqda yarımqrupların təşkil edilməsi tövsiyə olunur.
İcma əsaslı məktəbəqədər qruplara 400-ə qədər kənddə 10,000-ə qədər uşaq cəlb edilmişdir. Bu qruplar 3-4 və 4-5 yaşlı uşaqları əhatə edir və ümumi təhsil müəssisəsinin nəzdində təşkil edilir. Qruplarda uşaq sayının 10-15 nəfər olduğunu, qidalanma olmamasını və uşaqların yatmadığını nəzərə alaraq bu qrupların faəliyyətinin bərpa edilməsi təklif olunur.
Ümumi təhsil:
COVİD-19 pandemiyası ilə əlaqədar olaraq ümumi təhsil müəssisələrində tədrisin ənənəvi qaydada (tədris planlarına) uyğun təşkil edilməsi mümkün hesab edilmir. Ümumi təhsil müəssisələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilərsə, bu halda yalnız uyğunlaşdırılmış tədris planlarının tətbiqi mümkündür.
Tədrisin təşkili müxtəlif təhsil pillələrinin xüsusiyyətlərindən və təhsil müəssisələrinin fəaliyyətinin epidemioloji vəziyyətə mümkün təsirləri nəzərə alınmaqla həyata keçirilə bilər. Təhsil Nazirliyi tərəfindən bütün fənlər və siniflər üzrə teledərslər və Virtual Məktəb layihəsinin davam etdirilməsi nəzərdə tutulmalıdır.
Müəssisələrin fəaliyyəti bərpa olunduğu təqdirdə ölkədə mövcud olan “sarı” və “narıncı” zonalara uyğun olaraq müvafiq tədris planlarının tətbiqi tövsiyə edilir. Bu halda fənlərin bir qismi sinif otaqlarında, digər bir qismi isə onlayn qaydada tədris edilə bilər. Sıxlığın idarə edilməsi məqsədilə sinif üzrə şagird sayı 20 nəfərdən çox olduqda sinfin yarımqruplara bölünməsi məqsədəuyğun hesab edilir.
Həm müəllimlərin, həm də şagirdlərin məktəb binasına daxil olarkən hərarətinin ölçülməsi, tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi, mütəmadi olaraq dezinfeksiya işlərinin görülməsi və digər sanitar-gigiyena standartlarının aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra tətbiqi nəzərdə tutulmalıdır.
Yuxarı siniflərdə məktəbdə təşkil edilən dərs saatları, əsasən, tapşırıqların həlli, əlavə izahların verilməsi, şagirdlərə dəstək göstərilməsi məqsədi daşımalıdır. Bu saatlar müddətində həmçinin qiymətləndirmənin təşkili də nəzərdə tutula bilər.
Epidemioloji vəziyyət kəskin pisləşdiyi halda sərtləşdirilmiş karantin tədbirləri tətbiq edilərsə, təhsil müəssisələrinin fəaliyyəti tamamilə dayandırılmalıdır.
Özəl ümumi təhsil müəssisələrinin fəaliyyəti
“Sarı” zonalarda özəl məktəblərin fəaliyyəti Təhsil Nazirliyi tərəfindən müəyyən edilən nümunəvi tədris planlarına uyğun həyata keçirilməlidir. Bu zonalarda uşaqların qidalanması və digər tədbirlərin həyata keçirilməsinə icazə verilə bilər.
“Narıncı” zonalarda uyğunlaşdırılmış tədris planına uyğun tədrisin təşkilinə icazə verilsə də, qidalanma, dərsdənkənar fəaliyyət və digər fəaliyyət növlərinə icazə verilməsi məqsədəuyğun hesab edilmir.
Peşə təhsili
Tədris məzmunu məsafədən (Virtual Məktəb və teledərslər vasitəsilə) çatdırılması, bacarıq və təcrübələrin formalaşmasını tələb edən məşğələlər müvafiq şərtlərə əməl edilməklə, ənənəvi formada təhsil müəssisələrində baş tutması tövsiyə edilir.
Ali və orta ixtisas təhsili
Ali və orta ixtisas təhsili alan tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, tədris prosesinin bu təhsil pilləsində distant formada davam etdirilməsi təklif olunur. Distant təhsil formasına dair tədris vəsaitlərinin və resursların mövcud proqramlara uyğun hazırlanması tövsiyə edilir.(APA)
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:11
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Bu gün, 16:56
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
Bu gün, 12:37
Sabahın hava proqnozu açıqlanıb
Bu gün, 12:14
Xaçmazda 34 yaşlı şəxs güllələnib
Bu gün, 10:46
Su anbarında meyit tapılıb
Bu gün, 09:40
Gəncədə 25 yaşlı gənc toyda bıçaqlanıb
17-10-2025, 19:38
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
17-10-2025, 18:02
DİN-də kollegiya iclası keçirilib
17-10-2025, 16:57
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
17-10-2025, 14:09
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
17-10-2025, 12:50
Sabah yağış yağacaq - Proqnoz
17-10-2025, 12:05
"Hakimlər haqqında" qanuna dəyişikliklər qəbul olunub
17-10-2025, 10:26
Xidmət: "Yağışlı hava davam edəcək"
17-10-2025, 09:56
Ekspert: "Eşqi Bağırov Agentliyə buraxılmır, onun "qələm"i qırılıb"
17-10-2025, 08:47
Robot köpəklər Çinin küçələrində patrulluq edirlər
17-10-2025, 08:05
3D-bioprinter tibb aləmində yenilik olacaq
16-10-2025, 18:01
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
16-10-2025, 17:09
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16-10-2025, 16:25
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
16-10-2025, 12:38
Sabah yağış yağacaq - Proqnoz
16-10-2025, 12:29
"QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır
16-10-2025, 11:37
Yasamalda iki nəfər güllələnib - (Yenilənib)
16-10-2025, 10:32
Balaxanıda sursat aşkarlanıb
16-10-2025, 09:45
Sosialist əməyi qəhrəmanı 86 yaşında vəfat edib
15-10-2025, 18:10
Azərbaycanlı və rusiyalı alimlər dərinlikdən gələn sirri açıblar - Foto
15-10-2025, 17:02
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
15-10-2025, 16:48
Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişib
15-10-2025, 15:48
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
15-10-2025, 14:58
Zərdabda qəsdən yanğın törədən şəxs cərimələnib
15-10-2025, 13:04
Sabah yağış yağacaq
15-10-2025, 12:15
Azərbaycana yenə PUA ilə narkotik gətirmək istəyiblər
15-10-2025, 12:13
TƏBİB xarici vətəndaşlara da xidmət göstərəcək
15-10-2025, 10:09
Qərbi azərbaycanlılarla bağlı tədbir keçirilib - Fotolar
15-10-2025, 09:38
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb
15-10-2025, 08:49
Sümükləri tapılan mamontun 45 min il yaşı var - Fotolar
14-10-2025, 18:01
Sabiq icra başçısı vəfat edib
14-10-2025, 14:02
İrandan PUA vasitəsilə narkotik keçirən narkotacir həbs olunub
14-10-2025, 12:43
“Tarqovı”da qanunsuz fotoqraflıq edən gənc həbs olunub
14-10-2025, 12:19
Sabah yağış yağacaq - Proqnoz
14-10-2025, 11:24
İlkin Süleymanovun məhkəməsi təxirə salınıb
14-10-2025, 10:46
Dövlət hesabına 62 xarici tələbə ölkəmizdə təhsil alacaq
14-10-2025, 09:09
Daha bir QHT sədrinə cinayət işi açılıb
14-10-2025, 09:00
Pişiklərin ən çox sevildiyi ölkələrin adı açıqlanıb - Siyahı
13-10-2025, 17:57
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
13-10-2025, 17:31
Dövlət Komitəsi dəbdəbəli ziyafətə 200 min xərcləyəcək
13-10-2025, 16:32
Xəzərin Xaçmaz sahillərində suiti cəsədləri tapılıb